Yaddaş

Vuruşa-vuruşa yaşayırıq.
Qırıla-qırıla ölürük
İtirə-itirə yaşadırıq,
Toyları yaslara bılürük.
Dalandan-dalana dolanırıq,
Yalanı yalana satırıq
Yalvara-yalvara dilənirik
Günahdan günaha batırıq.
Üzülə-üzülə silinirik
Vətəni qürbətdə tapırıq,
Uzaqdan –uzağa bilinirik
Yaxından-yaxına qapırıq.
Döyülə-döyülə kiçilirik,
Əzabdan-əzaba dözürük,
Əzilə-əzalə biçilirik,
Yaddaşı yaddaşdan pozuruq.