Azərbaycan tarı musiqi alətləri xəzinəmizin haqlı olaraq tacıdır

Azərbaycan tarı musiqi alətləri xəzinəmizin haqlı olaraq tacıdır

Azərbaycan tarının yaranmasına dair

X-XI əsrlərdən başlayaraq XIX əsrin sonuna qədər dövrü əhatə etməklə Ön və Orta Asiya məkanında geniş inzibati-ərazilərini özündə cəmləşdirilmiş və qurulmuş bir sıra dövlətlərin hökmdarları Azərbaycan Türk sülalələrinin nümayəndələrindən olmuşdur.

İmperiya çərşivəsində dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan sülalələri, o cümlədən Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Afşarlar və Qacarlar Ön və Orta Asiya xalqlarının mədəni irsinin formalaşdırılması və inkişafı tarixində böyük rol oynamışdır.

Lakin, dini şuarları və dəyərləri ilə pərdələnərək əslində öz şəxsi ambisiyalarını milli məfkurəsindən üstün tutan Türk hökmdarları, xüsusən də şiyə  Azərbaycan Türk hökmdarı və sünnü Osmanlı Türk hökmdarları arasında XV əsrdə başlamış, XIX əsrin sonunadək bağlanmış müvəqqəti sülh müqavilələr ilə yadda qalmış və bu müqavilələrdən sonra daha kəskin, şiddətli, amansızcasına davam etmiş və aparılmış müharibələr bir tərəfdən, onların zəyifləndirilməsinə və dağıdılmasına gətirib çıxarmış, digər tərəfdən isə avropa dövlətlərinin və Moskva dövlətinin mədəni irsinin intibahına, milli dəyərlərinin dirçəlməsinə və bununla da feodal idarətmə sistemində mövcud olan iqtisadi təfəkkürü əvəz edən yeni iqtisadi təfəkkürə əsaslanan daha böyük və qüdrətli  imperiyaların yaradılmasına səbəb olmuşdur.

Beləliklə ikinci Rus-Qacar müharibəsi nəticəsində Rusiya ilə Qacar Dövləti arasında Türkmənçay kəndində 10 fevral 1828-ci il tarixdə bağlanmış Türkmənçay muqaviləsinə əsasən Araz çayından şimalda yerləşən,əhalinin böyük bir hissəsi müxtəlif türk əsilli tayfalardan, Qarabağda və Gəncədə isə – Qacarlardan və Cavanşırlərdən ibarət olan bütün Azərbaycan Xanlıqları Rusiya İmperiyası tərəfindən ilhaq edilmişdir.

Bu əzəli AzərbaycanTürkləri torpaqlarının İmperiyanın tərkibinə qatılmasına baxmayaraq, həmin ərazilərdə formalaşdırılmış ictimai və iqtisadi mühit artıq başqa müstəvidə yenidən qurulmaqla və ideoloji cərəyanlara məruz qalmaqla ümumi Qafqaz evininin ictimai,  iqtisadi və siyasi həyatının inkişafında öz nüfuzunu saxlamış və əhəmiyyətini itirməmişdir.Belə ki, XIX əsrin ikinci yarısından başlayaraq qubernatorluqlara bölünən Şimali Azərbaycanda güclü mədəni canlanma müşahidə olunurdu.

Sözügedən canlanmanın müsbət təsirini ilk növbədə Azərbaycanın mədəni dəyərlərinin daşıyıcılarından biri kimi sayılan keçmiş Qarabağ Xanlığının paytaxtı Şuşa şəhərində, onun mədəniyyət və elmin inkişafına təkan verən  o dövrdə yaşanan tarixi hadisələrdə görmək olardı.

Şəhərdə onlarla bərpa edilmiş və yeni açılmış universitetlər, mədrəsələr, məktəblər və kolleclər fəaliyyət göstərirdi. İncəsənətin təbliğinə və yayılmasına böyük qayğı və xüsusi diqqətlə önəm verildiyindən Şuşa Qafqazın musiqi akademiyasına çevrilmişdir.

Tanınmış alim-musiqişünas, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Firudun Şuşinskinin “Azərbaycan tarının atası” məqaləsində yazdığına görə “Azərbaycanın başqa yerlərinə nisbətən Şuşada musiqiçi, çalan, oxuyan, rəqs edən daha çox idi. Təkcə XIX əsrdə istedadlar məskəni olan bu şəhərdə 95 şair və ədib, 22 musiqişünas, 35 xanəndə, 70-ə qədər tar, kaman və başqa çalğı alətlərində çalan musiqiçilər olmuşdu” (1).

Buradan, Şuşanın ədəbi musiqi cəmiyyətlərdə fəaliyyət göstərən ad-san qazanmış görkəmli musiqiçilərin yaratdığı əsərlər xanəndələrin ecazkar ifaları ilə Azərbaycanın incəsənət dəyərlərinin şöhrəti Qafqazda, yaxın və orta şərq ölkələrində yayılırdı.

Musiqi aləmimizdə zəngin musiqi irsinə malik olanAzərbaycan xalqınınmilli ruhunu oxşayan və ürəkləri ecazkar səsi ilə riqqətə gətirən Azərbaycan tarı isə musiqi alətləri xəzinəmizin haqlı olaraq tacıhesab olunurdu.

Tarın örta əsrlərdə yaranması vəşərq ölkələrində geniş yayılması barədə bir neçə tanınmış alimlərin əsərlərində və yazılarında məlumatlar verilmişdir.

Azərbaycan Respublikasının xalq artisti Əfrasiyab Bədəlbəyli 11 noyabr 1929-cu il tarixli Komunist qazetində dərc olunmuş “Tar üzərində mühakimə münasibəti ilə Tar Azərbaycan xalqının musuqi insrumentidir” məqaləsində Əbu Nəsr Əl-Fərabi tərəfindən miladdan 2000 il öncə misirlilərin “Nabla” adlı musiqi alətiəsasında tarın təkamül edilməsi baradə fikir söyləmişdir(2).

Firudun Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında tarın yaranma tarixi ilə əlaqədar mötəbər mənbəyə əsaslanaraq tarıın miladın X əsrində Cərco şəhərinin Fərab adlı bir kəndində anadan olmuş dahi mütəfəkkir, filosof, alim və musiqişünas türkistan türklərindən olan Tərxan oğlu Əbu Nəsr Əl-Fərabi tərəfindən hazırlanmasını göstərmişdir(3).

Digər mənbələrdə Əbu Nəsr Əl-Fərabinin etnik mənşəyi və doğulduğu məkanla bağlı fikir ayrılığı mövcuddur.

Tanınmış akademik, şərqşünas, türkoloq, ərəbşünas, islamşünas, tarixçi, arxivçi, filoloq Vasiliy Bartold islam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş,elmdə Aristoteldən sonra “İkinci müəllim” (əl-Müəllim əs-sani) fəxri adını qazanmışƏbu Nəsr Əl-FərabininQazaxstan Respublikasının cənub hissəsində yerləşən X əsrdə Sır-Dərya çayı üzərindəki Fərab adı ilə məlum olan Otrar şəhərində döğulduğu qeyd etmişdir (4).

Əbu Nəsr Əl-Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Ağın Qasımjanovun “Абу-Наср аль Фараби”əsərində də”İkinci müəllim”in həmin şəhərdə islam dinini qəbul etmiş türkistan türklərindəntürk qəbiləsinin hərbçi ailəsində döğulduğu öz təsdiqini tapır.(5).

Otanazar Matyakubov isə, “Фараби об основах музыки востока” adlı əsərində Ə.N.Fərabinin əslən Xorasan türkü olduğunubildirir(6).

 

Əbu Nəsr Əl-Fərabinin etnik mənsubiyyəti və doğulduğu yerlə ilə bağlı izahı o dövrdə baş vermiş tarixi hadisələrdə axtarmaq lazımdır.

Öz samballı elmi əsərləri ilə xüsusən Rusiyyada, Fransada və Türkiyada tanınmış dünya şöhrətli  alim, tarixçi, dilçi və hüquqşünas Sədri Maksudi Arsal “Абу-Наср аль Фараби” monoqrafiyasında qeyd edir ki,türklər haqqında ilk məlumatlar e.ə 221-ci ildən e.ə 206-ci ildədək Çin İmperatorluğunu qurmuş Tsin sulaləsinin dövründə tarixi hadisələrə əsaslaraq tərtib edilmiş Çin salnamələrində verilmişdir.Daha ətraflı isə bu məlumatlaraTürklərlə sıx siyasi münasibətləri olan Çin İmperiyasını müvafiq olaraq idarə edən220-ci ildən 265-ci ilədəkVey sülaləsinin dövründə, 581-ci ildən 618-ci ilədək  Sui sülaləsinin dövründə və 618-ci ildən 907-ci ilədək  Txanq sülaləsinin dövründə hazırlanmış Çin salnamələrində rast gəlmək olar (7).

On hərbi qəbilə birliyi kimi təşkil olunmuş və Türk adı ilətanınmış Oğuz Türkləriapardığı müharibirələr nəticəsində V-VII əsrlərdəAvrasiyanın böyük bir hissəsini əhatə edən torpaqlara sahib olmaqla möhtəşəm Türk Xaqanlıqlarını yaratmış vədünyada formalaşdırılmış siyasi və iqtisadi sisteminin əhəmiyyətli dərəcədə dəyişməsinə müvəffəq olmuşdurlar.

Torpaqların ələ keçirilməsi, həmçinin həmin ərazilərdə türkdilli əhalinin dominantlığını təmin edən yeni və ya köçəri həyat sürən Oğuzların və başqa türkdilli tayfalarınıngeniş miqyasda hərbi qəsəbələrinin salınması və məskunlaşması ilə müşaət olunurdu.

Eyni zamanda, Səsəni imperiyasının paytaxtı Mədain (Ktesefon)şəhərinin alınması üzrə gedən döyüşlər nəticəsində həmin şəhər 652-ci ildə müəlman qoşunları tərəfindən tutulduqdan sonra 224-cü ildən 651-ci ilədək şahlıq edən səsəni sülələsinə son qoyuldu.

Bu imperiyanın xarabalıqlarında İslam dinini yayan ərəblər, yalnız çoxallahlılara itaət edən xalqlara,o cümlədən Allahın vahidliyini tanımayan türkdilli tayfalaradə zor tətbiq etməklə,onları yeni dinə dəvət edilrdilər.

Ərəblər suqut olunmuş Səsəni imperyasının torpaqlarını Ərəb Xəlifətinə qatmaqla və orada İslam dininin yayılmasına nail olduqdan sonra bu siasəti davam etdirilməsi üçün Orta Asiya Türkləri ilə savaşa girdilər. VIII əsrin əvvəlində Orta Asiya tutulduqdan sonra İslam dinini qəbul etmiş Oğuzlar özlərini Türkmən adlandırmaga başladılar.

Beləliklə, əsrin əvvəlindən Oğuzların Fərab, Carco və Xorasanda məskunlaşmasını nəzərə alaraq hər bir halda Ərəstundan sonra ikinci Müəllim kimi tanınmış görkəmli musiqişünas, filosof, ensiklopediyaçı dünya şöhrətli böyük alim Əbu Nəsr Əl-Fərabinin 870-ci ildə doğulduğu sözügedən şəhərlərdən aslı olmayaraq, onumüsəlmanlığı qəbul etmiş Oğuz və ya Türkmən əsilli hesab etmək daha inandırıcıdır.

Azərbaycan Musiqi Akademiyasının professoru Səadət Abdullayeva “Мелодия из глубины веков” məqaləsində tarın yaranması ilə bağlı qeyd edir: “Baxmayaraq ki, mətbuatda fikir söylənilmişdir ki, tar əslən Türküstandan olan görkəmli musiqişünas, filosof, ensiklopediyaçı alim Əbu Nəsr Fərabi tərəfindən icad edilmişdir, lakin bu alət yalnız XVII əsrdən başlayaraq Azərbaycanda və İranda geniş yayılmışdır” (8).

Bunun səbəbini Ərəb Xəlifətinin zəyifləməsindən istifadə edən həmin məkanda geosiyasi vəziyyətinin əhəmiyyətli dərəcədə təsir edilməsinə və dəyişməsinə nail olan Türmənlərin hərbi qüvvə kimi siyasi arenaya çıxması ilə əlaqələndirmək olar.

IX əsrdə Ərəb Xəlifətinin süqutundan sonra Oğuz boyundan olan Qarluqların qurduğu Qaraxanilər imperiyasında hərbi xidmətdə olan Türkmənlərin ayrı-ayrı hərbiləşdirilmiş tayfa birlikləri tərəfindən möhtəşəm Qəznəvi və Səlcuq imperiyaları yaradılmışdır.

Qəznəvilərin hakimiyyətinə son qoyan Səlcuqların ayrı-ayrı boyları tərəfindən qurulmuş dünya qudrətli imperiyalarRus-Osmanlı (Türkiyə) və Rus-Qacar (İran) müharibələrinə qədər Avrasiyanın böyük bir hissəsini əhatə edən məkanında müsəlmanlığının, qorunmasını və yayılmasını, həmçinin ayrı-ayrı regionlarda formalaşmış ictimai münasibətlərin və mədəni irsinin inkişafını təmin edən əsas güvvəyə çevrilmişdir.

Burada Türkmən boyundan olan Səlcuqların XI-XII əsrlərdə qurduğu imperatorluğunun mövcud olan mədəni irsinin qorunması, təkmişləşdirilməsi və inkişafını təmin edən apardığı siyasətinin rolunu qeyd etmək lazımdır.

İmperatorluğuna Səsani imperiyasını bütövlüklə daxil edən Səlcuq hökmdarlarıhakimiyyətdə olan müddətdə, Qəznəvilərin Səsani imperiyasının şərgində X-XI əsrlərdə apardığı siyasətini davam etdirməklə,fars dilinin hüquqi varisliyinisaxlamış və haqlı olaraq ədəbiyyat və invcəsənətin, həmçinin boyük geosiyasi və informasiya məkanında xaqlar arasında ünsiyyət dili kimi tanınan bu dilingeniş yayılmasına daim diqqət və qayğı göstərmişdilər.

O dövrlərdətürk dillərinin işlənməsinin yalnız türklər arasında təsadüf edilməsini,formalaşması və inkişafınınisəəksər hallardaaşıqlar tərəfindənyaratdığı türkçülük məfkürəsinə əsaslanan türklərin dünyanı dərketmə fəlsəfəsini özündə əks etdirənqəhrəmanlıq və məhəbbət dastanlarında şifahi xalq yaradıcılıq vasitəsi iləhəyata keçirildiyini nəzərə alaraq,filosoflar və mütəfəkkirlər, ədəbiyyat və incəsənət xadimləri yazdığı əsərlərinin imperiya daxilində və onun kənarında uğurla təqdim olunması və geniş yayılması üçün daha mükəmməl hesab olunan fars dilindən bəhrələnməklə öz yaradıcılıq fəaliyyətini qururdular.

Qəznəvilərin və Səlcuqların qurduqları imperiyalarında və onların süqutundan sonra Yaxın Şərqdə və Orta Şərgdə bir çox türk xalqlarının mədəni irsinin formalaşması və inkişafı ilk növbədə farsdilli ədəbiyyatın və incəsənətinyaradılması ilə bağlıdır.

Bu səbəbdən orta əsrlərdə dünya şöhrətli fars olmayan bir çox filosof vəşairlərAzərbaycan şairlərindən – Nizami Gəncəvi (1141-1203), Qətran Təbrizi (1010-1080), Məhsəti Gəncəvi (1089-1183), Əbül-əla Gəncəvi (1096-1159), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160),Osmanlı şairlərindən– Mölanə Cəlaləddin Rumi (1207-1273), Yusuf Nabi (1642-1712), Özbəkistan şairlərindən – Pəhləvan Mahmud (1248-1326), Lütfi (1366-1465), Əlişir Nəvahi (1441-1501), Hind şairlərindən – Əmir Xosrov Dehlevi (1253-1325), Əbul Fəzl Alami (1551-1602), Məhəmməd Qasim Hindu Shah Astrabadi Firishta (1572-1623) və Məhəmməd Quli Qutb Şah (1580-1611) öz ədəbi əsərlərini fars dilində yaratmışlar.

Farsdilli incəsənıtin yaradılmasına gəldikdə isə, onun orta əsrlərdə formalaşdırılması və inkişafınıxanəndələr tərəfindən fars dilində ifa olunan, muğamların sözügedən geosiyasi məkandageniş yayılnası ilə əlaqələndirmək olar.

Bəxtiyar Tuncay “Muğamın Vətəni Haradır?” məqaləsində Türk-İslam imperatorluqlarının hakim olduqları dövr və ərazilərdə muğam sənətinin inkişaf mərhələlərini araşdıraraq mədəniyyətlərin qovuşması və sintezi əsasında regional muğamların yaranmasını qeyd edir: Ayrı-ayrı regionlardavə müхtəlif dövrlərdə formalaşan regional muğam məktəb və cərəyanlarının təsnifatı zamanı müхtəlif ərəb (Əməvilər və Abbasilər) və türk (Qaraхanlılar, Qəznəvilər, Səlcuqlular, Məmlüklər, Moğollar və s.) sülalələrinin adlarından istifadə edilməsi özünü bir də o cəhətdən doğruldur ki, elitar bir sənət növü kimi inkişaf edən muğam sənəti daha çoх saraylarda, adı çəkilən ayrı-ayrı sülalələrə məхsus hökmdarların himayəsi altında formalaşmış və inkişaf etmişdir. Gələcəkdə regional muğamların, eləcə də, tariхi və coğrafi muğam məktəb və cərəyanlarını araşdırmaqla məşğul olacaq tədqiqatçılara da eyni terminologiyadan istifadə etməyi məsləhət görərdik. Çünki belə etməklə biz muğamın inkişafında türklərin və türk sülalərinin oynadıqları misilsiz rolu da qabartmış olarıq.”(9).

Burada, Əbu Nəsr Əl Fərabidən sonra, ilk növbədə sözügedən cögrafiməkanda,orta əsrinmüvafiq dövrlərindətürk sülalələrinin qurduğu dövlətlərdə yaradılmış regional muğam məktəblərinin və cəriyanlarınıntəkmilləşdirilməsi və inkişafına öz elmi araşdırmaları ilə əhəmiyyətli təsir göstərmiş dünya şöhrətli həmyerlimizinSəfiyyəffin Urmavinin yaradıcılığı müstəsna olaraq qeyd olunmalıdır.

Tanınmış alim müsiqişünas Zemfira Səfərovanın “Музыкальная наука Азербайджана XIII-XX веков” monoqrafiyanın birinci hissəsindəAzərbaycanınböyük musiqişünas alimi Səfiəddin Urməvinin hayat və yaradıcılığıgeniş araşdırılmış və onun Azərbaycanın 1217-ci ildə Urmiyə şəhərində doğulduğunu göstərmişdir(10).

Müəllifin fikrinə görə Səfiəddin UrməvininAzərbaycan musiqinin nəzəriyyəsinə dair təqdim olunmuş 1256-cı ilə “Kitab əl-ədvar”, 1267-ci ildə “Risaleyi-Şərəfiyyə” kimi fundamental əsərləriYaxın və Orta Şərqdə konseptual baxımdan musuqi-nəzərərisinin yeni inkişaf mərhələsini təmin etmişdir.

MonoqrafiyadaZemfira Səfərova tərəfindən tərcümə edilmiş bu elmi traktatlarınınhər bir bölməsi ətraflı araşdırılmışdır.

Belə ki, Abbasilərin sonuncu xəlifi Əl-Mötəsimin sarayında baş xəttat və saray kitabxanasının rəhbəri vəzivələrini icra edən Səfiəddin Urməvininərəb dilində yazılmış “Kitab əl-ədvar” elmi trakratının IX bölməsində12 sütundan və ya 12 əsas muğamdan -Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngulə, Rəhavi, Hüseyni və Hicazdan, habelə 6 bürcdən və ya 6 avazatdan – Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaştdan ibarət olanmusiqi binasının təməlinin təşkilinə dair məlumatlar verilmişdir.

Ensiklipedist, filosof, şair və Azərbaycanınböyük musiqişünas alimi SəfiəddinUrməvi incəsənət aləmində çoxşahəli fəaliyyəti nəticısində  həmçinin, özünü Ud alətinin mahir ifaçısı kimi tanıtmışdır. Məhz bu alət, onun muğamların sistemləşdirilməsi üzrə apardığı nəzəri tədqiqatların əsasını təşkil etmişdir.

Əfrasiyab Bədəlbəylinin  1964-cü ildə “Elm və həyat” jurnalının 7-ci nömrəsində dərc olunmuş “Not yazısı necə yaranmışdır?” ikinci məqaləsində qeyd edilmişdir ki, “Urməvi ərəb əlifbasının əbcəd hərfləri tərtibinin sırası ilə gələn işarələrlə hər bir səsi ayrı-ayrılıqda qeydə alır. Əbcəd hesabında birinci hərfin (əlif) bir (1) rəqəmini ifadə etdiyini və “lo” hərfinin 36 rəqəminə bərabər olduğunu nəzərdə tutsaq, ud musiqi alətinin hər bir səsinin müəyyən bir hərf ilə qeydə alınmasının mümkün və təbii olduğunu aydın surətdə görərik”(11).

Udun müşayiəti ilə xanəndələrin ifasında muğamların fəlsəfəsini daha dolğun çatdırılması üçün SəfiəddinUrməvi tərəfindən Uduntəkmilləşdirilməsi  və müğənni (və ya müğni),nüzhət kimimusiqi alətlərin icad olunmasıelmi və tarixi mənbələrdə öz əksini tapmış və o göstərilən elmi traktatlar əsasında haqlı olaraq sözügedən məkanda məşhur “Sistemli məktəbinin” banisi hesab olunmuşdur.

Yüz ildən sonra onun musuqi elminin bu janrın təkmilləşdirilməsi və əsəs istiqamətlərinin müəyyən olunması üzrə nəzəriyyəsi ilə bağlı tədqiqatişini digər böyük həmyerlimız– orta əsrlərdə Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzi sayılan Marağa şəhərində 1353-cü ildə anadan olmuşƏbdülqadirMərağayi tərəfindənlayiqincə davam etdirilmişdir.

Belə ki, monoqrafiyanın ikinci və üçüncü hissəsindəXIV-XV əsrlərdə fəaliyyət göstərən Əbdülqadir Marağayinin yaradıcılığı və onun elmi əsərlərində musiqinin təkmilləşdirilməsi və inkişafı ilə bağlı verilmiş dəyişikliklər və yeniliklər  ətraflı tədqiq edilmişdir(10).

Müəllifin fikrinə görə SəfiəddinÜrməvinin musiqi irsini davam edən böyük bəstəkar və müsiqişünas,rəssam-xəttat, gözəl xanəndə və musuqiçi, şair – Əbdülqadir Marağayi ilk növbədə 12 muğama əsaslanan icad etdiyi “24 şəbə nəzəriyyəsi” iləYaxın və Orta Şərq ölkələrində məşhurlaşmiş və geniş şöhrət qazanmışdır. Həmçinin, o öz elmi əsərlərində ilk dəfə olaraq həmin dövrdə mövcud olan musiqi formalarını və janrlarınımüfəssəl təsfir etmiş, ritm sistemini zənginləşdirməklə yeni ritmləri yaratmışdır.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, şərqşünas Sürəyya Ağayevın1983-cüildə “Yazıçı” nəşriyatında dərc olunmuş “Абдулгадир Mараги” kitabçasındaƏbdülqadir Marağayinin yaradıcılıq  fəaliyyətinin əsas hissəsi yerli türk-monqol əsilli Cəlayirlər sülaləsinin himayəsi altında – vətəni Azərbaycanda, qalan hissəsi isə Əmir Teymurun hakimiyyəti dövründə Mavərünnəhrvə Xorasanda keçirilməsi göstərilir (12).

Saray məclislərində həmin dövrün ən tanınmış müğənni, musiqiçi və şairləri başına yığan və Sultan Üveys Cəlair gənc istedadlı musiqişünas Əbdülqadir Marağayinin şöhrətini daha da artırmaq məqsədi ilə ona “dövrün yeganəsi, musiqidə tayı-bərabəri olmayan” titulu verməklə Fərman imzalayır.

Azərbaycanda fəaliyyət göstərənƏbdülqadir Marağayi “Əlhani-siqanə” (Otuz nəğmə) adlı,”Bahar ritmi” və “Dövri-şahi” adlı əsərlərini qələmə alır.

ƏmirTeymurun Azərbaycana gəlişindən sonra bir çox incəsənət xadimləri Səmərqəndə aparılmış və 1397-ci ildə İmperatorƏbdülqadir Marağayinin istedadını yüksək qiymətləndirərəköz Fərmanı ilə onu “bütün musiqi bilicilərinin padşahı” adlandırır.

Səmərqənddəyaradıcılıq fəaliyyətini davam etdirərək ƏbdülqadirMarağayi yazdığı “Kənz əl-əlhan” (“Melodiyalar xəzinəsi”) risaləsindəki melodiyalarıSəfiəddinUrməvinin hərfi-ədədi sistemi ilə vermişdir.

ƏbdülqadirMarağayi “Came əl-əlhan” (“Melodiyalar məcmusu”) adlı nəzəri əsərini 1413-cü ildə başa çatdırdıqdan sonra “Məqasid əl-əlhan” (“Melodiyaların məqsədi”), “Lahiyyə” (“Musiqi”), “Şərh əl-ədvar” (“Dövrələrə şərhlər”) və “Fəvaid-i əşərə” (“On fayda”) adlı əsərlərini yaradır.

Göstərilən əsərlərdə verilmiş musiqi nəzəriyyəsinin inkişafını təmin edən dəyişiklər və yeniliklər əsasındaƏbdülqadir Marağayi bir neçə müsiqi alətləri təkmilləşdirilmiş və ixtira etmişdir.

Belə ki, həmin kitabçada Sürəyya Ağayeva Əbdülqadir Marağayinin öz əsərlərində o zaman mövcud olmuş və müxtəlif musiqi risalələrində təsvirini tapmış simli alətlər (kamançahicaqneytənburrübabrudhani) və nəfəs alətlər (ağ ney, qara ney, balabanzurnaburğu) barədə maraqlı məlumatlarverilmişdir.

Yazdığı musiqi əsərlərdəƏbdülqadir Marağayinin təsvir etdiyi alətlərdən biri Təbriz-Şirvan, digəri isətürk-monqol tənburu adlandırmış və aparılmış tədqiqatlar nəticəsində həmin dövrdə onların Təbriz və Şamaxı musiqi mədəniyyətindəki oxşar və fərqli cəhətləri müəyyən edilmişdir.

Əbdülqadir Marağayi irsinin əlyazmalarının ilk araşdırıcısı,muğam sənətinin tarixi və nəzəriyyəsinə dair Azərbaycan, rus, türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı kitab və məqalənin müəllifiSürəyya Ağayeva2015-ci–ci ilin dekabrında “Mədəniyyət qazeti”ndə dərc olunmuş “XIV əsrə qədər “muğam” sözü musiqi elmində istifadə edilməyib” adlı S.Soltanlıya verdiyi müsahibəsində qeyd etmişdir ki:”Muğamla bağlı kitab və məqalə yazanlar bəzi faktları qarışdırırlar. Muğam sənətinin təşəkkülü qədim dövrlərdən başlayıb, XIII əsrdən yüksək nöqtəsinə doğru sürətlə inkişaf edib. Di gəl ki, bu tərzdə bəstələnən əsərlər “muğam” sözü ilə adlandırılmırdı. S.Urməvi ilk musiqi alimidir ki, muğamları sinifləndirib, onların adını verib, amma heç bir yerdə “muğam” sözünü işlətməyib. Fərabi (X əsr), İbn Sina (XI əsr) da bu sözü işlətməyiblər. S.Urməvi 12 pərdə və ya dövr, 6 avaz haqqında yazıb. Bəzi araşdırıcılar yazırlar ki, muğam sənəti şumer vaxtından olub. O zaman peşəkar bir musiqinin, yəni muğam janrının təşəkkülü olub.

Muğam bir neçə hissədən yaranan musiqi əsəridir. VI-VII əsrlərdə Barbəd İbn Sürəyc və başqa musiqiçilər 7 bölmədən ibarət əsərlər bəstələyiblər. XI əsrdə “Qabusnamə”də bir neçə muğamın adı çəkilir. N.Gəncəvidə də bir neçə muğam adına rast gəlirik. O, qədim muğların – kahinlərin təranələri haqqında məlumat versə də, əsərlərində “muğam” sözünü işlətməyib. XIV əsrə qədər “muğam” sözü musiqi elmi əsərlərində istifadə edilməyib. Halbuki o vaxt artıq bu janr təşəkkül tapmışdı, ancaq yüksək nöqtəsinə çatmamışdı və başqa adlarla tanınırdı.

İlk dəfə bu sözə musiqi termini kimi Qütbəddin Şirazinin 1306-cı ildə yazdığı ensiklopediyada rast gəlirik. Şirazi musiqiçi olmasa da, o dövrün qaydasına görə əsərində musiqi nəzəriyyəsinə aid bir bölmə var. O, “Dürrət əl-tac li ğürrət əd-Dibac” (“Dibaca ən yaxşı tac incisi”) adlı fəlsəfi əsərində “muğamat” sözünü işlədir, ancaq açıqlamasını vermir. İlk dəfə “muğam” sözünə, geniş izahatına, muğam və şöbələrinin adlarına, eləcə də onların səslərinin xüsusi işarələrlə qeyd olunmasına Ə.Marağainin əsərlərində rast gəlirik”(13).

Göründüyü kimi, muğamın ta qədimdən yaranmasına baxmayaraq, muğam və şöbələrinin təsnifləşdirilməsi,onlarınmüvafiq adlarınınətraflı açıqlaması və genişşərh verilməsi, bir-biri ilə qarşılıqlı əlaqələndirilməsi, muğam və şöbələrdə səslərinin xüsusi işarələrlə göstərilməsi, həmçininmusiqi alətlərinin təhlili, təkmilləşdirilməsi və ixtirasına dairelmiəsərlərindərc olunması məhs Yaxın və Orta Şərqdə İslam mədəniyyətinin inkişafını təmin edən turkman və türk-monqol əsilli Azərbaycan, Anadoluvə İraqda türklərinin qurduğu möhtəşəm dövlətlərin siyasi arenaya çıxması ilə bağlı olmuşdur.Belə ki, orta əsirlərdə Anadolu,Azərbaycanın, İran və İraqın bir çox şəhərlərininbu geosiyasi məkanındaictimai münasibətlərini və mədəni irsini formalaşdıran məşhur elm və mədəniyyət mərkəzlərinə çevrilməsiŞərq musiqisinin nəzəriyyə və praktiki məsələlərinin banisləri hesab olunan Əbu Nəsr Əl Fərabinin, Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi korifeylərindünyaya tanınmasına şərait yaratmışdır.

Bu səbəbdən,xüsusən Azərbaycanda göstərilən böyük şəxslərin fəaliyyəti nəticəsində yaranmış məktəb həmin regionda muğam sənətinin sistemli şəkildə tam bərqərar olduğu üçün məhz buradan sözügedən sənətin Yaxın və Orta Şərqdə geniş yayılmasına təkan verilmişdir.

Həmin dövrdəYaxın Şərq mədəniyyətinin inkişafında, o cümlədənmuğamların səslənməsi zamanı musiqi ələtlərin içində udun çox böyük tarixi əhəmiyyətli rolunu qeyd etmək lazımdır.

Tarın muğamatın inkişaf prosesində mühüm mövqenin tutması və əhəmiyyətliliyinin artmasıAzərbaycanda milli ənənələ və XIV əsrdən başlayaraq əruz vəzni ilə yazılan şeirlərə əsaslanan Azərbaycan muğamının yaranması kontekstinda baxılmalıdır.

Səlcuq boyundan olan Anadoluda, Azərbaycanda, İran və İraqda sülalələr qurmuş turkman əsilli hökmdarlar yalnız XIV əsrdən başlayaraq fars və ərəb dilləri ilə yanaşı azərbaycan və türk dillərinin əsasını təşkil edən turkman  dilində də əsərləri yaratmağa başladılar.

Burada, Azərbayacan poeziyasının banisi böyük Nizaminin fars dilində yaratdığı ölməz əsərlərində milli ənələrə əsaslanan dünyanın yenidən qurulması, dünyavi dəyərlərinin ədələtli bölüşdürülməsi, ictimai və şəxsi maraqlarının biri birinə uyğunlaşdırılması haqqında fəlsəfi məfkürəsinin davamçıları hesab olunan,öz şeirləriniazərbaycan türkçəsində yazanAzərbaycan klassik ədəbiyyatında mühüm yer tutmuş Qazi Bürhanəddinin və İmadəddin Nəsiminin yaradıcılığı qeyd olunmalıdır.

1344-cü il-də Qeysəriyə şəhərində doğulmuş,17 il dövlət idarəçiliyi ilə məşğul olmuş dövlət xadimi, tanınmış sərkərdə və öz dövrünə görə yüksək savadalmış şair-hökmdar Qazi Burhanəddinməhəbbət və sufi təriqətli fəlsəfi baxışlarınıvə düşüncələrini bizəüç dildə – azərbaycan türkcəsində, fars və ərəb dillərində yazdığı şeirləri ilə çatdırılmışdır (14).

Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixininistedadlı tədqiqatçısı, professor Yaqub Babayev2009-cu ildə dərc olunmuş “ХIII-ХIV əsrlər ana dilli lirik şеirimizin inkişaf yоlu”elmi mоnоqrafiyasında qeyd edir ki,1393-cü ildə Xəlil bəy Məhməd adlı bir xəttat tərə­fin­dən köçürülmüş və hazırda Britaniya Muzeyində saxlanılanQazi Burhanəddintərəfindən yazdığı 1319 qəzəl, 20 rübai və 108 tuyuqdan ibarət olan “Divan”Azərbaycan türkcəsi iləbizə çatan ilk qəzəl və rübailərdir. Həmçinin,Qazi Bürhanəddin Azərbaycan ədəbiyyatında, eləcə də ümumtürk ədəbiyyatında tuyuq şeir janrında yazan ilk şairi hesab olunur(15).

Qazi Burhanəddinin müasiri, digər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəmiz 1369-cu ildəYaxın və Orta Şərqdə elm və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışŞamaxıda anadan olmuş vəoradailktəhsilini  almışdır.

Dövrün əsas elmləri hesab olunanməntiq, riyaziyyat vəastronomiyanı, dərindən yiyələnmiş,habelə dinlərin tarixiniəsaslarına yaxından bələd olmuşböyük mütəfəkkir-şair,İmadəddin Nəsimi də əsasən hürufi təriqətinin təbliği və yayılması ilə bağlı şeirləri üç dildə – azərbaycan türkcəsində, ərəb və fars dillərindəyazmışdır.

Mürəkkəb həyat yolu keçmişlirik şair – İmadəddin Nəsimiyaradıcılığa aşiqanə şeirlərlə başlamış, sonraldan isə dövrün siyasi,ictimai, əxlaqi mövzularında fəlsəfi əsərlər yaratmışdır.

İmadəddinNəsimi yaradıcılığı hələ sağlığında Yaxın və Orta Şərqdə yayılması ilə bütün türk ədəbiyyatına ciddi təsir təsir göstərmiş və şairin əlyazma nüsxələri dünyanın bir sıra mötəbər kitabxanalarındasaxlanılır.

Həmin monoqrafiyada alim İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlıYaqub Babayеvapardığı tədqiqatlara əsaslanaraq yazır:“Sənətkarın bədii irsi bütünlüklə əruz vəznindədir. O, ərəbpoeziyasının vəzni olan əruzu çox məharətlə türk şeiri iləuzlaşdıra bilmişdir. Yaradıcılığında aparıcı janr qəzəldir. Lakinklassik poeziyanın müxtəlif bədii forma və janrlarında uğurla qələmini sınamışdır: qəzəl, qəsidə, müstəzad, tərcibənd, tuyuğ,rübai, müləmmə, əlif-lam, məsnəvi və s.Nəsimi təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə,İslam şərqində ictimaifəlsəfi şeirin ən böyük nümayəndələrindənsayılır”(15).

İmadəddin Nəsimi,yazdığı müxtəlif bədii forma və janrlarında şeirlərlə yanaşı Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad,mürəbbe və tərcibəndlər yazmışdır.

Əruz vəzninin bəhrləriniAzərbaycan şeirinin şəkli xüsusiyyətlərinəuyğunlaşdırmaqla İmadəddinNəsimi Azərbaycan dilinin təkmilləşməsi və inkişafındamüstəsna rol oynamışdır.

Qazi Burhanəddini və İmadəddin Nəsimini Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan Azərbaycan qəzəlin banisləri adlandırmaqla, onların poeziyası bir çox Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin – Əbdülqədir Marağayi, Məhəmməd Füzuli, Kişvəri, Həbibi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif və digər tanınmış şairlərin yaradıcılığına ciddi təsir göstərmişdir.

Azərbaycan poeziyasında əruz vəznini tətbiq edən göstərilən şəxslərinədəbi fəaliyəti Azərbaycan poeziyasının inkişafı, Azərbaycan ədəbi dilinin formalaşmasındamühüm rol oynamış və bununla da ana dilində Azərbaycan muğamının yaranması üçün əsas şərtlərdən biri olmuşdur.

Yaxın və Orta Şərqdə XIV əsrin axırlarında baş vermiş ictimai, iqtisadi və siyasi hadisələrmusiqi “binasının sütunları” hesab olunan 12 klassik muğamın adlarının dəyişməsi, habelə onlarınözlərinin köklü dəyişikliklərə uğramasına səbəb olmuş, bu isə həmin “bina”-nın göstərilən məkanda yaşayan xalqların mədəni irsinin formalaşdırılması xüsusiyyətlərinə uyğun olaraq yenidən qurulması ilə nəticələnmişdir.

Beləliklə də,müstəqil muğam və onun şöbələrinin eyni adları ayrı-ayrı xalqların muğam ifaçılıq ənənələrini əks etdirməkləartıqbaşqa mənada və tərzdə ifa edilirdi.

Ərəb və fars dilində yazdığı şeirlərlə yanaşı, Azərbaycan, Anadolu və İraq türkləri (turkmanları) arasındageniş yayılmış Əbdülqədir Marağayinin Azərbaycan türkcəsində yazılmış şeirlər (tuyuqlar) Segah,Üşşaqvə Nəvamuğamlarına uyğun vəznlər əsasında qələmə alınmışdır.

Türk xalqlarının musiqisinə, o cümlədən aşıq musiqisinə böyük diqqət göstərənƏbdülqədir Marağayi öz əsərlərində türk musiqisində daha çox işlənən ladları müəyyənləşdirməklə qeyd etmişdir ki,:“…muğamın (pərdənin) səsləri səslənmənin mötədilliyi və incəliyi prinsipinə əsasən düzülmüşdür. Onların sayı səkkizə, yaxud doqquza çatır”. Daha sonra deyilir:”Türklər ÜşşaqNəvaBusalik muğamlarına üstünlük verirlər, ancaq qalan muğamlar da onların yaradıcılığına daxildir” (12).

Başqa sözlə, islam mədəniyyətinin qorunmasını təmin edən və yayılmasını həyata keçirən türkçülük məfkürəsi əsasında hakimiyyət qurmuş bu hökmdarların dövlət siyasətinin aparılması nəticəsində göstərilən regionda yaşayan türk mənşəli xalqlar üçün ortaq dil hesab olunan turkman dili ərəb və fars dilindən alınmış sözlər və ifadələr hesabına zənginləşmiş və dövrün ən mükəmməl dillərin birinə çevirmişdir

Əmir Teymurun qurduğu imperiyanın zəyiflənməsi və onun göstərilən regiona təsirinin azaldılması ərəfəsində VII əsrdən Van gölünün cənubunda

məskunlaşmışOğuz tayfalarından olan Turkman əsilliQaraqoyunlular XIV əsrin 70-ci illərində Şərqi Anadolunun şimal-şərq torpaqlarınıələ keçirmiş,Teymurilərə və Cəlairilərə qarşı aparmış müharibələr nəticəsindətorpaqlarınıntərkibinə şimaldaŞirvanşahlar dovlətindən başqa bütün Azərbaycanı,Şərqi Anadolunu, Gürcüstanın bir hissəsini, Qərbi İran və İraqı daxil etməkləqüdrətli birQaraqoyunlu dövlətin yaradılmasına nail  oldular(14).

Məhz bu dövrdən başlayaraqAzərbaycan türkcəsinin və onun əsasındaAzərbaycanda sırv milli ənənələrə uyğun olaraq Azərbaycan muğamlarının inkişafa doğru təkan verilməsinə münbit şərait yaradılmışdır.

Belə ki, Qara İsgəndərdən sonra hakimiyyətə gələn Cahan şahın dövründə Qaraqoyunlu mədəniyyətinin böyük inkişafı təmin edilmişdir.Qaraqoyunlu imperiyasının ərazisini genişləndirmiş -fətehCahan şah isə”Həqiqi” təxəllüsü ilə öz şeirlərini Azərbaycan türkcəsində və Fars dilində yazırdı.

VI əsrin sonu, VII əsrin əvvəllərində Baş Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə sonralar isə, Kiçik Asiyanın şərqində (Şərqi Anadoluda), Diyarbəkirdə və İraqda məskunlaşmış Oğuzların Bayandur Xan boyundan olan turkman əsilli Ağqoyunlu tayfa birliyinin başçısı cəsur sərkərdə və müdrik dövlət xadimi Uzun Həsən,Qaraqoyunlu dövlətinin daxilində baş vermişmünaqişələrdən istifadə edərək,1467-ci ildəMuş döyüşündə Cahanşahın başçılıq etdiyi Qaraqoyunlu qoşunlarını məğlub etmiş, bu dövlətin 1468-ci ildə bütün ərazilərini ələ keçirmiş və Cahan şahın türkçülük əsasında həyata keçirdiyi incəsənətin inkişafını təmin edən dövlət siyasəti davam etdirmişdir.

Həsən Padşah bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasətinihəyata keçirmək məqsədi ilə xüsusi “Qanunnamə” hazırlatmış, Qurani-Kərimi azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırtmışdı”(14).

Ağqoyunlu hökmdarları dövründə Ağqoyunlu imperiyasında elmin, maarifin və incəsənətin inkişafına xüsusi diqqət yetirilir və dövrün görkəmli alimlərindən ibarət elmi məclislər fəaliyyət göstərirdi.

Sultan Rüstəmin ölümündən sonra daxili şəkişmələr nəticəsində tədricən tənəzzülə uğrayan Ağqoyunlular 1499-cu ildə iki hissəyə bölündülər. Ağqoyunluların Azərbaycandakı hakimiyyətinə 1501-ci ildə. İraqdakı hakimiyyətinə isə 1508-ci ildə Qızılbaşlar tərəfindən son qoyunduqdan sonra Ağquyunlular tamamilə suqut etmiş və onların varisliyi Uzun Həsənin nəvəsi I Şah İsmayılın yaratdığı Səfəvi imperiyasına verilmişdir.

Beləliklə də, Şərqi Anadolunu, Azərbaycanı və İraqı əhatə edən bir qeosiyasi regionunmədəni inkişafındaAzərbaycan türkcəsi əsasında milli muğamların tanınmasıOğuz türkman  əsilli Qaraqoyunlular tərəfindən qurduğu dövlətçiliklə başlamış, Ağqoyunlular, Səfəvilər, Afşarlarvə Qacarlar dövlətləri tərəfindən davam edilmiş, habelə onların Yaxın və Orta Şərqdə geniş yayılmasına səbəb olmuşdur.

Müstəqil muğam və onun şöbələrinin eyni adlarının Azərbaycan türkləri üçün qəbul olunmuş muğam ifaçılıq ənənələrinə uyğun olaraqxanəndələr tərəfindən ana dilindəartıqbaşqa mənada və tərzdə ifa edilməsi, onların ifasını müşayiət edən musiqiçilərin çaldığı musiqi alətləri içində tədricən tarın əsas yerin tutulmasını təmin etmişdir.

Bu da, digər simli musiqi alətləri ilə müqaisədə tarın pərdə sistemininAzərbaycan muğam və məqam sisteminindaha uyğun olması ilə izah edilir.

Bununla yanaşı, Əbu Nəsr Əl Fərabi tərəfindən hazırlanmış, ilk dəfə XI əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şeirlərində adı çəkilmiş beş simdən ibarət və dizdə çalınan ilk tarıntexniki imkanları məhdud olduğundan həmin tarda xanəndələrinifasınımüşayiət edən tarzənlər, onların ana dilinin koloritini əks etdirən fars dilindən fərqli tərzdə oxuduqları muğamlar tam və dolğun əhatə edilməmiş, bu dahəmin alətin prototiplərinin yaradılmasını zəruri etmişdir.

Sənətşünas- alim, bəstəkar, müxtəlif milli çalğı alətlərinin tədqiqatçısı,bərpaçısı və mahir ifaçısı Nəcəfzadə Abbasqulu İsmayıl oğlunun “Azərbaycanidiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat)” adlımonoqrafiyasındaapardığı tətqiqat işində əsaslı mənbələrə istinad edərək qeyd edir ki, “Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin İshaq Ərdəbillinin (1252-1334) məsləhəti ilə İranda Kamal Əxi çahartarı, Əlixan Təbrizi (XVII əsr) şeştarı, dövrünün məşhur müğənnisi Rzaəddin Şirvani (XVII əsr) şeşxana alətlərini (hər üç alət E.Çələbinin “Səyahətnamə”sində qeyd olunur) hazırlamışlar”(16).

Məhz göstərilən şiə məshəbli  sözügedən sulalərin himayəsi və dəstəyi ilə Azərbaycanda muğamlarının təkmilləşdirilməsi üzrə aparılan islahatlar Azərbaycan xanəndələrinin Yaxın və Orta Asiyada həmin dövrdə yaşayan digər türldilli xalqlardan fərqli olaraq, başqa üslubda və tərzdə muğamların oxunmasını və bununla da yuxarıda göstərilən həmyerlilərimiz tərəfindən tarın muxtəlif prototiplərin yaranmasını təmin etmişdir.

Lakin, 24 il davam edən və 1828-ci ildə Türkmançay müqaviləsi ilə nəticələnən Rus-Qacar müharibəsindən sonra Azərbaycanın iki hissəyə bölünməsi isə, onun şimal və cənub torpaqlarında mədəni irsininhəmin dövrdən başlayaraq ayrı-ayrılıqda Rus və Qacar imperiyaların tərkibində inkişafının təmin edilməsini müəyyən etmişdir.

Azərbaycanın xanlıqlarının Rus imperiyası tərəfindən ilhaq olunmasına və devrilməsinə baxmayaraq, həmin imperiyanınhəyata keçirdiyi dövlət siyasəti nəticəsində Azərbaycanda XIV əsrdən bəri türk sülalərinin tətbiq etdiyi türkçülük məfkurəsi xalq arasında ləğv edilməmişdir.

Qacar dövlətində dini amillər üzəndə formalaşmış məfkurədən fərqli olaraq,bu məfkurə sözügedən imperiyada mövcud olan daha mütərəqqi ictimai-iqtisad münasibətləri əsasında xalqın maarifləşməsini təmin edən,habelə Avropada formalaşmış və yayılmış yeni cəmiyyətin qurulmasına dair fəlsəfi cərəyanların təsiri altındabaşqa müstəvidə inkişaf etməyə başlamışdır.

Bu müharibədən sonra Azərbaycanın xanlıqlarının və Qavqazda olan digər torpaqların Qacarların nəzarətindən çıxmasıvə həmin dövlətdə fars meyli mövqelərin daha da möhkəmlənməsi ilə nəticələnmişdir.

İqtisadiyatı zəifləşmiş və regionda hərbi-siyasi qudrətini itirmiş Qacar dövləti 1925-ci ildə, həmçinin bu milli amilin təsiri hesabına süqut olmuşdur.

Hakimiyyətə gəlmiş Pəhləvi sülasəsi isə,  İran adlandırmaqla, həmin dövləti yenidən qurmuşdur. Müvafiq olaraq baş vermiş məlum inqlabi hadisələrnəticəsində Rusimperiyasının dağıdılmasından sonraQavqazda əsas hissəsini təşkil edən keşmiş Azərbaycan xanlıqlarınıntorpaqlarında 1919-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması elan edilmişdir.

Göstərilən istiqamətə Şimali Azərbaycanda mədəni-maarif həyatının yönəldilməsi, onun ayrı-ayrı regionlarında Anadoluda,İranda və İraqda formalaşdırılmış muğamlardan fərqli olaraq milli çalarları ilə seçilməklə muğam məktəblərinin yaranmasına səbəb olmuşdir.

Göründüyü kimi, XIV əsrin sonundan başlayaraq XIX əsrin əvvəlinədək dövrü əhatə etməklə Yaxın və Orta Asiyada möhtəşəm imperiyalar qurmuş turkman əsilli Azərbaycan türklərinin həyata keçirildiyi dövlət siyasəti nəticəsində ana dilinin koloritini əks etdirən xanəndələrin başqa mənada və tərzdə oxuduqlarımuğamlarıntam və dolğun halda dinləyicilərə çatdırılması üçün həmyerlilərimiz tərəfindənyaradılmışilk tarın prototiplərio taylı bu taylı Azərbaycanlıların və ya İran İslam Respublikasının vəAzərbaycan Demokratik Respublikasının müştərək mədəni irsidir.

Lakin, Rus-Qacar müharibəsindən sonra bölünmüş torpağlarımızın cənub hissəsinin İranda, digər şimali hissəsinin əsasən Azərbaycan Demokratik Respublikasının tərkibində qalması nəticəsində artıq iki yeni dövlətin müvafiq mədəni irsinə aid edilməlisinin hüquqi varisliyini təmin etmişdir.

Burada, XIV əsrdən başlayaraq ana dilində inkişafda olan, Rus-Qacar müharibəsindən sonra yuxarıda göstərilən amillərin təsiri altında Azərbaycan muğamların ənənələrini davam edən Qarabağın Şuşa şəhərində yaradılmış ilk  muğam məktəbinin rolu qeyd olunmalıdır.

Yəni, Rus-Qacar müharibəsindən sonra bölünmüş torpağlarımızın cənub hissəsinin İranda, digər şimali hissəsinin əsasən Azərbaycan Demokratik Respublikasının tərkibində qalması nəticəsində Azərbaycan tarı Sadıqcan tərəfindən Qarabağda hazırlanmasını nazərə alaraq bu tarın Azərbaycan xalqının mədəni irsinə aid edilməsinə dair hər hansı tarixi  hadisələrə və sənədlərə cavab verməyən şübhələrin və ya iddiaların movcudluğu əsassızdır.

Musiqi Akademiyasının professoru Səadət AbdullayevaAzərbaycan çalğı alətləri dünyanı valeh edir” monoqrafiyasında tarın yaranmasına dair apardığı tədqiqatda tanınmış mənbələrə əsaslaraq qeyd edir ki, “Tarixən tar Azərbaycan və İranla hüdudlanan nisbətən kiçik arealda dahaçox yayılıb. Onun beş simi (iki ağ, iki sarı, bir bəm), iri və dərin çanağı olub,uzun qoluna 27-28 pərdə bağlanıb. Alət ağırlığına görə çalğı zamanı dizlərüzərində və ya sinədən aşağıda saxlanırdı.XIX əsrin 70-ci illərində tar görkəmli ifaçı, Qarabağın yetirməsi, çalğısınaməftun olan dinləyicilər ucadan “can!”, “Sadıq can!” səslədiklərinə görə xalqarasında Sadıqcan kimi tanınan Mirzə Sadıq Əsədoğlu (1846-1902) tərəfindənyenidən qurulur. Əvvəlcə o, simlərin sayını 18-ə qaldırmış, sonra 13 – aşağıda iki üçər, ortada qoşa və tək bəmlər və qolun yuxarı hissəsində iki qoşa cingiltili simlə kifayətlənib, qolda isə 22 pərdə saxlamışdı. Qolun əyilməsinə yol verməmək üçün qol gövdənin xüsusi çıxıntısına bərkidilir, daxilində isə ağac dirək yerləşdirilir. Bundan başqa, Sadıqcan gövdənin qalınlığını azaldır, onun kənar tərəflərini düzləndirir, bununla da gövdənin üst hissəsini genişləndirir və səslənmə gücünü artırır. Çəkicə yüngülləşən aləti artıq sinə üzərində saxlamaq mümkün idi. Bu da tarın ifaçılıq imkanlarını xeyli artırmışdı.Belə quruluşda şöhrət qazanan tar tezliklə bütün Qafqazda, Türkiyənin Qars vilayətində və Mərkəzi Asiyada yayılır. Beşsimli tarın isə Mərkəzi vəCənubi İranda istifadəsi davam edir. XX əsrin başlanğıcında İran musiqiçisiQulamhüseyn Dərvişxan (1873-1926) ona altıncı simi əlavə edir.

Yenidən qurulan tar isə “Azərbaycan tarı” adlanaraq XIX əsrin sonuncu rübündən başlayaraq Azərbaycanda geniş yayılır. 1929-cu ildə alətin daha dayanaqlı köklənməsi üçün simlərin sayı 11-ə qədər azaldılır(17).

Beləliklə,“Azərbaycan tarı” adlandıranmuasir tar Azərbaycanda orta əsrlən başlayaraq ana dilində muğamların uzunəsirlik inkişaf mərhələlərinə uyğun olaraq hazırlanmış ilk tarın və onun prototiplərinintexniki imkanları daşıyan, habelə tar növləri üzərində islahatlarınaparılması nəticəsində Qarabağ muğam məktəbinəxas olan muğamların səs düzümünün çərəktonlarla özünəməxsusluğunu qoruyanyeni yaradılmış alətdir.

Elxan Babayev “Sadıqcanın tarı harda qaldı” məqaləsində tar pərdələrinin bərabər temperasiyalı not sisteminə uyğun qurulmasını əsaslandıraraq, nümunə üçün İraq və Azərbaycan “Rast”-larının səs düzümlərini1932-ci ildə Qahirədə keçirilən ümumərəb konsertində qəbul edilmiş vahid “Rast” makamının səs sırası ilə müqaisə edərək qeyd etmişdir ki, “lap elə bil 150 il əvvəl fortepianoda köklənib tarımız.Tarı dizi üstündən qaldırıb köksünə sıxan. Bağrına basan Sadıqcan bu misilsiz aləti muğamlarımızla tamami ilə uyuşdurub.Tar muğam dili danişıb. Muğam tar dili ilə danışıb. Odur ki, tar üzrərində aparılan hər bir “islahat” təkcə Sadıqcan yoluna xəyanət etmək deyil, muğamlarımızı bəsitləşdirmək, ona ağır zərbə vurmaqdır”(18).

Azərbaycan tarının tanınmış araşdırıcısı Fikrət Əbdülqasımov“Azərbaycan tarının atası”məqaləsində yazır: “Sadıq dünyaya gələn zaman təbiət ondan öz səxavətini əsirgəməmişdir. O, tar çalmaqda heç kəsə bənzəmirdi. Fitri istedadı, gecə-gündüz məşğələləri tezliklə Sadığın ifaçılıq səviyyəsini görünməyən yüksəkliklərə qaldırır. O, zəmanəsinin bütün tarçılarını ötüb keçərək, az-az sənətkarlara müəssər olan şöhrətə çatır. Sadığın tarzənlik məharəti tək dinləyiciləri deyil, müasirləri olan musiqiçiləri belə mat qoymuşdu.

Tarzən Şuşadan çox-çox uzaqlarda da özünə saysız-hesabsız pərəstişkarlar tapır və harada olursa olsun ifaçılığının ecaskar sirləri ilə hamını məftun edirdi. O, öz çalğısının əzəmətli qüdrəti ilə böyük italyan skripkaçısı N.Paqaninini xatırladırdı” (19).

Mənim aləmimdə isə, həmçinin Sadıqcan yaradıcılığını dünyanın iki məşhur musiqiçinin – skripkanın reformatoru Stradevarinin ustalığı və  skripkanın virtuozu Paqaninin ecazkar ifası ilə müqaisə etmək olardı. Lakin göstərilən böyük sənətkarlardan fərqli olaraq Sadıqcan, onlara məxsus olan istedadlarını özündə cəmləşdirmiş və tarın reformatoru və virtuoz tarzən kimi qızıl hərflərlə öz adını dünyanın müsiqi tarixinə yazmışdır.

Sənətşünaslıq üzrə elmlər doktoruİradə Köçərli “Böyük tarzən Mirzə Sadıq Əsadoğlunun yaratdığı Azərbaycan tarı”məqaləsində Sadıqcanın tar üzərində apardığı köklü dəyişiklikləri tədqiq edərək, Azərbaycan musuqisinin inkişafı üçün aşağıdakı iki mühüm əhəmiyyət kəsb edən yeniliklərin əldə olunmasını göstərir:“I.Tarın fiziki-akustik səslənməsi güclənmiş, genişlənmişdir, bədii və texniki imkanları artmış, tar səslənməsinin mükəməlləşməsinə, gözəlləçməsinə gətirib-çıxartmış və “ecazkar”, “sehrli” adlandıran Azərbaycan tarını formalaşdırılmışdır. Əvvəllər daha çox “müşayiətçi alət olan tar təkmilləşdirilərək ”solo alət” səviyyəsinə qalxmışdır.II. Azərbaycan milli intinasiyasının dəyərləndirilməsinə-inkişafına, saflaşdırılmasına xidmət etmiş, dürüst səslənmə əldə edilmişdir.Alətin “milli”mən”liyini-özəlliyini, səciyyəsini, milli musiqi məfkurəsini üzə şıxarmışdır. “Azərbaycan tarı”na daxil edilən məhz bu yenilik milli musuqinindüzgün istiqamətdə yönəldilməsində tarixi rolunu oynamışdır…

Azərbaycan tarını böyük musiqiçisi Mirzə Sadıq Əsəd oğlu(Sadıqcan) yaratmışdır. O, mahir, virtuoz tar ifaçısı, muğamın mahir bilicisi, yeni muğamların, o cümlədən sırf milli janrlardan biri olan “zərb muğam”ların yaradıcısı, novator tar ustası, ən vacibi, milli musuqi təffəkkürün daşıyıcısı olmuşdur” (20).

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Firidun Şuşinski “Azərbaycan tarının atası” məqaləsində Sadıqcanıntara və muğamata gətirdiyi yenilikləri yüksək qiymətləndirərək yazırdı:

“Sadıqcan Şərqdə ilk tarzən idi ki, səhnədə tarda muğamları solo çalmışdır.O dövrdə xanəndələr klassik muğamları oxuyar­kən yeni təsniflər və mahnılar bəstələyirdilər. Ümumiy­yətlə, müğənnilər təsnif yaradarkən klassik şeirə müra­ciət edərdilər. Xüsusilə, Füzulinin, Molla Pənah Vaqi­fin, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Xurşud banu Natəvanın əruz vəznində yazılmış şeirlərindən isti­fadə edirdilər: Klassik xanəndələrimizdən Hacı Hüsü, Məşədi İsi, Mirzə Hüseyn, Qaryağdıoğlu Cab­bar “Segah”, “Rast”, “Şur”, “Çahargah” təsniflərinin və bir çox mahnıların müəllifləri kimi məşhurdurlar. Bunların içərisində Azərbaycan vokal məktəbinin banisi, Qaryağdıoğlu Cabbar daha irəli getmişdir. Qaryağdıoğlu nəinki klassik şairlərimizin şeirlərinə təsniflər bəstələmişdir, o, eyni zamanda özünün əruz vəznində yazdığı şeirlərinə yüzlərlə təsnif və mahnı yazmışdır. Cabbar həm şair, həm də bəstəkar idi. Təsadüfi deyildir ki, o, 500-ə qədər təsnif və mahnının müəllifidir. Sadıqcan isə bir çox muğam rənglərinin müəllifi olmuşdur…

Sadıqcanın Azərbaycan muğamlarına gətirdiyi yenilikləri nəzərə alaraq cəsarətlə deyə bilərik ki, o, novator olmaqla milli musiqimizin tarixinə böyük bir dönüş yaratmışdır. Sadıqcan musiqimizin tarixinə eyni zamanda bir bəstəkar kimi də daxil olmuş və bir çox muğamlarda çalınan rənglər xüsusilə, “Mahur” və “Segah” muğamlarda onlarca təsnif mahnılar onun yaradıcılığının məhsuludur.

Böyük tarzən muğam şöbə və guşələri ilə yanaşı bir çox təsnif və rənglərin də müəllifidir. O, eyni za­manda bir çox oyun havalarının da yaradıcısıdır. Qurban Pirimov söyləyirdi ki, Sadıq hər il toy mövsümü başlananda yeni bir mahnı və oyun havası bəstələyərdi. “Vağzalı”, “Sol-tanı”, “Uzun dərə”, “Bə­növşə”, “Əsgərani”, “İnnabı” kimi məşhur oyun hava­ları onun yaradıcılıq nümunələridir”(1).

Sadıqcanın incəsənət tariximizdə apardığı islahatlar nəticəsində tarın yenidən qurulması və Azərbaycan muğamların ifa etmə üslublarının zənginləşməsi, təkmilləşdirilməsi ilə bağlı əldə olunmuş yeniliklər barədəkonseptual şəkildə əsaslandırmış fikirlərin təqdim olunmasını,həmçinin Azərbaycan Respublikasının xalq artisti, professor Ramiz Quliyevin yazılarında da də görə bilərik.

Belə ki, Ramiz Quliyevin “Tarımızın böyük islahatçısı” maqələsində qeyd olunur ki, “Mirzə Sadığın çoxşahali musuqi yaradıcılığının mühüm mərhələsini təşkil edən cəhətlərdən biri də onun muğamata şöbələrarası rəngflər və diringələr yaratmasıdır. Ona qədər muğam dəstgahlarında təsnif, rəng çalmazdılar. İlk dəfə təsnifləri, rəngləri Mirzə Sadıq dəstgahlara əlavə etmiş, onu virtuozcasına nümayiş elətdirmişdir. Muğam ifaçılındakı bu yeniliyi o, bütün Qavqaz çalğıçıları arasında dəb salmışdır”(21).

Bir sözlə, orta əsrlərdə və ya əvvəlki dövrlərdə hazırlanmış tarlardan fərqli olaraq,mükəmməlsəsdüzümünün quruluşuna malik olan, Azərbaycan xalq musiqinin bütün incəlikləri, mahiyyəti və xüsusiyyətlərinə uyğunlaşdırılmış   böyük ixtiraçı-ustad Mirzə Sadığın yaratdığı tarvasitəsi ilə tarzənlərin çaldıqları milli  muğamlarımızızənginləşdirilmiş, onların təsir güvvəsini artırılmış, beləliklə də xanəndələrin oxuduqları muğamatın ifa etmə üslublarının təkmilləşdirilməsini təmin etmişdir.

 

Sadıcanın yaradıcılığına dair sözügedən mötəbər yazılara istinad edərək, onun milli musuqi aləmimizdə hayata keçirdiyi inqlabi islahatlarla bağlı aşağıdakı mühüm nailiyyətlərin əldə olunmasınıqeyd etmək lazımdır:

  1. Azərbaycanda XIV əsrdən başlayaraq əruz vəzni ilə yazılan şeirlərə əsaslanan,ana dilində muğamların uzunəsirlik inkişaf mərhələlərinə uyğun olaraq hazırlanmış ilk tarın və onun prototiplərinin texniki imkanları daşıyan, habelə tar növləri üzərində islahatların aparılması nəticəsində Qarabağ muğam məktəbinə xas olan muğamların səs düzümünün çərəktonlarla özünəməxsusluğunu qoruyan Sadıqcan tərəfindən icad olunmuş tar“Azərbaycan tarı” adlandırmaqla yeni yaradılmış musuqi alətidir;
  2. Orta əsrlərdə və ya əvvəlki dövrlərdə hazırlanmış tarlardan fərqli olaraq, mükəmməl səsdüzümünün quruluşuna malik olan, Azərbaycan xalq musiqinin bütün incəlikləri, mahiyyəti və xüsusiyyətlərinə uyğunlaşdırılmış böyük ixtiraçı-ustad Mirzə Sadığın yaratdığı tar milli muğamlarımızı zənginləşdirilmiş, onların təsir güvvəsini artırılmış, muğamatın ifa etmə üslublarının təkmilləşdirilməsini təmin etmişdir;
  3. Tar çalmaqda heç kəsə bənzəyən və fitri istedada malik olan mahir və virtuoz tarzən Mirzə Sadıq ifaçılıq səviyyəsini görünməyən yüksəkliklərə qaldıraraqilk dəfə tarda muğamları solo çalmış, öz çalğısının əzəmətli qüdrəti ilə böyük italyan skripkaçısı N.Paqaninini xatırladırdı;
  4. Muğamatın mahir blicisi olaraq Mirzə Sadıqmusiqimizin tarixinə eyni zamanda bir bəstəkar kimi də daxil olmuş və ilk dəfə muğamata şöbələrarası rəngflər, diringələr və təsniflər əlavə etmiş, habelə sırf milli janrlardan biri olan “zərb” muğamıarın yaradıcısı olmuşdur;
  5. Mirzə Sadıq Azərbaycan muğamlarına gətirdiyi yenilikləri ilə milli musiqimizin tarixinə böyük bir dönüş yaratmış,milli musiqi təffəkkürünün formalaşdırılmasına və müəyyən olunmasına təsir etmiş böyük musuqiçilərin sırasına daxil edilmişdir.

Sözsüz ki, Sadıqcan yaradıcılığının əsas varisləri onun şagirdlədir.

1846-cı ildə Şuşa şəhərində anadan olmuş, həmin şəhərdə Azərbaycan milli musiqi təffəkkürünün formalaşdırılması və inkişfında əvəzolunmaz xidmətlər göstərmişdahi tarzən və görkəmli muğam bilicisi-bəstəkar Sadıqcan56 yaçında, yəni – 1902-ci ildə dünyasını dəyişmiş və “Mirzə Həsən qəbiristanlığı”nda dəfn edilmişdir.

Qısa ömür sürməsinə baxmayaraq, Azərbaycan Tarının Atası Mirzə Sadıq Əsəd oğlu – Sadıqcan öz yaradıcılıq fəaliyyəti müddətində Azərbaycan tarının sirlərinə dərindən yiyələn, tarzənlik bacarığını ən yüksək zirvələrdə saxlaya bilən müsiqiçilərdən ibarət olan böyük məktəb yaratmışdır.

Qurban Primov, Məşədi Zeynal, Malıbəyli Həmid, Məşədi Cəmil Əmirov, Şirin Axundov kimi məşhur Azərbaycan tarzənləri onun dahiyanə yaratdığı məktəbinin layiqli yetirmələri və davamçılarıolmuşdurlar.

Vəfatından sonra da Sadıqcan məktəbindən bəhrələnən neçə-neçəməhşur tarzənlər, o cümlədən Zərif Qayıbov, Mənsur Mənsurov, Əhsən Dadaşov, Bəhram Mənsurov, Həbib Bayramov, Baba Salahov, Hacı Məmmədov, Ramiz Quliyev, Sərvər İbrahimov, Möhlət Müslümov, Fikrət Verdiyev, Elxan Mənsurov, Ağasəlim Abdullayev, Sərdar Fərəcovvə başqaları bu gözəl alətin imkanlarından məharətlə istifadə edərəkAzərbaycan tarına xas olan yüksək ifaçılıq mədəniyyətini Sadıqcanın həqiqi varisləri kimibeynəlxalq səviyyədə keçirilmiş müvafiq festivallarda böyük ustalıqla tanınmasını sübüt etmişdirlər.

Azərbaycan Respublikası Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan tarı 2012-ci ildən bəri UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsininSiyahısına daxil edilmişdir.

Lakin bu böyük uğur bizim milli məfkurəmizi dayandırmamalı və  bizi arxayın etməməlidir.

Xalqımızın milli məfkurəsini formalaşdlrılması və inkişafını müəyyənlənləşdirən Azərbaycan tarının belə mötəbər səviyyədə tanınmasımədəni irsimizə məxsus olan digər musiqi alətlərimizi özününküləşdirmək məqsədi iləayrı-ayrı dövlətlər tərəfindənapardığı qərəzli, həqiqi tarixi hadisələri təhrif edən əsassız iddialardan və nəzəriyyələrdən qorunmasını və müdafiəsini təmin edilməsi üçün çox mühüm və vaxtında əhəmiyyətli bir zirvənin əldə olunmasıdır.

Vətən sadəcə olaraq,dağdan,daşdan, torpaqdan və həmin torpaqlardan axan çaylardan ibarət deyil. Vətən onu hədsiz sevən, vətən qarşısında verəcəyi borcu anlayan, lazım gəldikdə isə öz canından keçməyə baracan vətəndaşlardan ibarətdir.

Ermənistan silahlı qüvvələrinin bu günədək Qarabağ və onun ətrafında olan torpaqlarımızı işğal altında saxladıqlarını, həmçinin ermənistan dövləti tərəfindən zəbt olunmuş yerlərə məxsus olan maddi və  qeyri-maddi mədəni dəyərlərin özününküləşdirilməsinə dair məqsədli və ardıcıl dövlət siyasətinin aparılmasını nəzərə alaraq,dövlətimiz tərəfindən Azərbaycan Tarının Atası Mirzə Sadıq Əsəd oğlu – Sadıqcanın anadan olması ilə bağlı 170 illik Yubileyinə həsr olunmasına dair aşağıdakı tədbirlərin həyata keçirilməsini qeyd etmək istərdim:

-Azərbaycan Beynəlxalaq Muğam Mərkəzi tərəfindən21 noyabr 2017-ci il tarixdə Beynəlxalaq Muğam MərkəzindəMirzə Sadıq Əsəd oğlunun həyat və yaradıcılığı ilə bağlıxatirə gecəsini;

-Şuşa rayon İcra Hakimiyyətivə Azərbaycan Milli Konsevatoriyasıtərəfindən birgə təşkil olunmuş 20 dekabr 2017-ci il tarixdəMilli Konsevatoriyada Mirzə Sadıq Əsəd oğlunun həyat və yaradıcılığı ilə bağlıxatirə gecəsini;

-Azərbaycan Milli Konsevatoriyası tərəfindən 21 dekabr 2017-ci il tarixdə Milli Konsevatoriyada təşkil olunmuş Mirzə Sadıq Əsəd oğlunun həyat və yaradıcılığı ilə bağlıelmi konfransını;

– Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şuranın maliyyşləşdirilidiyi “Azərbaycan tarının yaradıcısı ustad Sadıqcanın 170 illiyi ilə əlaqədar tanıtım tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində “İşıq” Sosial-İqtisadi İnkişafa kömək İctimai Birliyi tərəfindən təşkil olunmuş Mirzə Sadıq Əsəd oğlunun həyat və yaradıcılığı haqqında azərbaycan və ingilis dilində “Sadıcan” adlı nəşr olunmuş kitabın təqdimatını.

Döşünürəm ki, Azərbaycan tarının atası Mirzə Sadıq Əsəd oğlunun  adını əbədiləşdirmək, habelə onunAzərbaycana aid olduğunu dünya ictimayətinə bir daha çatdırmaq məqsədi ilə əlavə olaraq aşağıdakı tədbirlərin həyata keçirilməsinin vaxtı artıq yetişmişdir:

  • Sadıqcanın musiqi mədəniyyətimizin inkişafında oynadığı müstəsna rolu haqqında, yaratdığı və tətbiq etdiyi yeniliklərin əsaslı öyrənilməsi, elmi-nəzəri araşdirmalar və tədqiqatların aparılmasına dair samballı monoqrafiyanınhazırlanması;
  • bu moqrafiyanın geniş oxucu kütləsinə çatdırılması üçünazərbaycan, rus və ingilis dillərində müvafiq kitabların nəşr edilməsi;
  • dünyada tanışmış aktuorları və musiqşiləri dəvət etməklə filmin çəkilməsi;
  • Sadıqcan adına “Azərbaycan musiqi alətlərinin muzeyi”nin və Qeyri-hökumət təşkilatının təsis edilməsi;
  • Bakının mərkəzi küçələrin birində Sadıqcanın heykəlinin qoyulması.

Göstərilən yanaşmanın və ya tədbirlərin ardıcıl və məqsədli həyata keçirilməsi Mirzə Sadıq Əsəd oğlunun həyat və yaradıcılığı ilə məhdudlaşdırılmamalı, Oğuz əsilli Azərbaycanlı sülalələrin qurduqları imperiyalar çərçivəsində, xüsusən də Qarabağdan çıxmışmuğam sənətimizdə misilsiz xidmət göstərən, habelə bu sahədə fəaliyyətləri nəticəsində dünyavi ictimai-fəlsəfi cərəyanların yaradılması, təybiqi və yayılması ilə məşhurlaşmış həmyerlərimizə də şamil olunmalıdır.

Son olaraq, təqdim etdiyim fikirlərimi, düşüncələrimi və arzularımı bu şeirlə Sizə çatdırmaq istəyirəm.

 

Tanrı Bizimlədir Rəhbər!

 

1.

Sənə inanmayan kafirdir.

Allah Kərimdir. Allah Birdir.

Səndədir ən böyük Qudrət.

Şərik edənlərə nələt!

2.

Yalnız Sənə səcdə etmək,

Haqq yolunu tutub getmək

Borcluyuq biz Uca Allah.

Bizdədir ən böyük günah.

3.

Bizdədir nadanlıq, yalan

Pis əməllərdən pay qalan.

Nəfsin qulu olanda biz

Hakimdir qəlblərə iblis.

4.

Acıdır, dözülməzdir şər.

Sönür Aləm, susur Bəşər.

Səhər də açılır daha.

Dua etdim mən Allaha.

5.

Niyyət tutdum mən sübh çagı.

Dedim – Qaytar Qarabağı.

Haqqdan Bir Yol bizə Sən düz.

Qoy oyansın Dəli Oguz!

6.

Göy alışşın, qopsun Tufan!

Fəgan etsin, yağı Fəqan!

Bu Dərdə Çox Dözdük, Yetər!

Tanrı Bizimlədir Rəhbər!

Tanrı Bizimlədir Rəhbər!

 

Elxan Cəfərov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycan Jazıçılar Birliyinin üzvü

 

Məqalə “Вышка” qəzetinin 25 avqust 2017-ci il, 1 sentyabr 2017-ci il, 15 sentyabr 2017-ci il, 22 sentyabr 2017-ci il, 13 oktyabr 2017-ci il buraxılışlarında dərc olunub.

 

İstinad olunan ədəbiyyat və mənbə

 

  1. Firudun Şuşinski. “Azərbaycan tarının atası” – Sadıqcan. Bakı, “Azərnəşr”nəşriyyatı, 2007;
  2. Əfrasiyab Bədəlbəyli. “Tar üzərində mühakimə münasibəti ilə Tar Azərbaycan xalqının musuqi insrumentidir”.“Komunist” qazeti,1929,noyabr;
  3. Firudun Şuşinski. “Azərbaycan xalq musiqiçiləri”. Bakı,“Yazıçı” nəşriyyatı, 1995;
  4. ВасилийБартольд.О родине Фараби.Сочинения.Москва,Издательство «АН СССР», 1963, т.1, с.234-236;
  5. Агын Касымжанов А. Х. Абу-Наср аль-Фараби. Москва, Издательство «Мысль», 1982, с.7;
  6. Матякубов Отаназар. Фараби об основах музыки Востока.
    Издательство “Фан”, Taшкент, 1986;
  7. Садри Максуди Арсал.Тюркская история и право.Казань, Издательство «Фен», 2002, с. 156-157;
  8. Səadət Abdullayeva.“Мелодия из глубины веков”;
  9. Bəxtiyar Tuncay. “Muğamın Vətəni Haradır?”. Olaylar, 2009, 7 aprel;
  10. Земфира Сафарова. Музыкальная наука Азербайджана XIII-XX веков;
  11. Əfrasiyab Bədəlbəyli. “Not yazısı necə yaranmışdır?”.“Elm və həyat”jurnalı , 1964, № 7;
  12. Sürəyya Ağayeva. Абдулгадир Mараги.Bakı, “Yazıçı” nəşriyatı, 1983;
  13. Sürəyya Ağayeva.XIV əsrə qədər “muğam” sözü musiqi elmində istifadə edilməyib. “Mədəniyyət” qazeti,2015,dekabr;
  14. Azərbaycan tarixi. 7 cilddə, III cild. (XIII-XVIII əsrlər). Bakı, “Elm” nəşriyatı, 2007;
  15. Yaqub Babayеv. ХIII-ХIV əsrlər ana dilli lirik şеirimizin inkişaf yоlu Bakı, “Еlm və təhsil” nəşriyatı, 2009;
  16. AbbasquluNəcəfzadə. Azərbaycanidiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat) Bakı, 2010;
  17. Səadət Abdullayeva.Azərbaycan çalğı alətləri dünyanı valeh edir.Bakı.“Nurlar” nəşriyatı, 2016;
  18. Elxan Babayev. Sadıqcanın tarı harda qaldı -Sadıqcan.Bakı,”Şuşa” nəşriyyatı.2016;
  19. Fikrət Əbdülqasımov. Azərbaycan tarının atası, “Fəryad” qazeti, 1998, iyul;
  20. İradə Köçərli “Böyük tarzən Mirzə Sadıq Əsadoğlunun yaratdığı Azərbaycan tarı” – Sadıqcan. Bakı,”Şuşa” nəşriyyatı,2016;
  21. Ramiz Quliyev. “Tarımızın böyük islahatçısı” -Sadıqcan. Bakı,”Şuşa” nəşriyyatı,2016.
Scroll to Top