Tanrım, Sənin qulunam mən

1.
Mənə ümid ver, ünvansızam…
Sonsuz inam ver, gümansızam…
Öz Yarımı ver, dərmansızam..
Tanrım, Sənin qulunam mən…

2.
Mənə bir yol ver, kərvansızam…
Özəl bir gül ver çəmənsizəm…
Öz Qarımı ver, kəməndsizəm…
Tanrım, Sənin qulunam mən…

3.
Mənə bir güc ver imkansızam…
Dəli uğur ver, zamansızam…
Öz Günümü ver, cahansızam…
Tanrım, Sənin qulunam mən…

4.
Mənə bir yer ver, meydansızam…
Elsiz, obasız, ümmansızam…
Öz Haqqımı ver, fərmansızam…
Tanrım, Sənin qulunam mən.

5.
Mənə savaş ver, təkansızam…
Dərdə əlac ver, məkansızam…
Öz yurdumu ver, Amansızam!
Tanrım, Sənin qulunam mən!

Tanrım,Sənin qulunam mən!

Vışka qazetində 2016-cı ilin 07 oktyabr ayında dərc olunub.