Yaşa dolduqca

 

Yaşa dolduqca

1.

Yaşa dolduqca usanıb küsürəm,

əllərimi arzulardan üzürəm.

Gördüm ki, vicdandan üstün paradır,

ağ qatığın rəngi indi qaradır.

2.

Yaşa dolduqca dərdimi düzürəm,

haqsızlığa təmkinlə hey dözürəm.

Gördüm ki, doğrudan üstün yalandır,

şadlıq edən indi qara böhtandır.

3.

Yaşa dolduqca özümü didirəm,

xoş xəbəri hey izləyib güdürəm.

Gördüm ki, halaldan üstün haramdır,

əsir Şuşam da sağalmaz yaramdır.

4.

Yaşa dolduqca əzilib gülürəm,

səcdə edib namazımı qılıram.

Gördüm ki, alimdən üstün nadandır,

üsyanların yeri indi meydandır.

5.

Yaşa dolduqca əriyib gedirəm,

səcdə edib qəlbdən niyyət edirəm.

Deyirəm – “Allahım bu zülm yamandır,

iblislərdən üstün Sahib Zamandır”!!!

 

Yaşa dolduqca…

 

Vışka qazetində 2015-ci ilin 19 iyul ayında dərc olunub.

 

Scroll to Top