a Xain

Xain

Mətin rəqib xain dostdan yaxşıdır,
Xain qardaş min sifətli başçıdır,
Xain köpək arxalıdır yaşlıdır.
Xainlərdən uzaq dolan gəz barı,
Şər işlərdən qorusun səni Tanrı.
Xain qonşu torpağımda ağadır
Əsirlikdə arvad, uşaq, çağadır,
Xainlərin meyli sola-sağadır.
Xainlərdən uzaq dolan gəz barı,
Şər işlərdən qorusun səni Tanrı.
Xain əsgər savaşda satıcıdır,
Xain səfir görüşdə qatıqçıdır,
Xainlər meydanı olubdur Cıdır
Xainlərdən uzaq dolan gəz barı,
Şər işlərdən qorusun səni Tanrı.
Xainlər haqsızlıqda birincidir,
Xainlər Xalqımı yaman incidir,
Xainlərin yekəsi iblisçidirir.
Xainlərdən uzaq dolan gəz barı,
Şər işlərdən qorusun səni Tanrı.

Scroll to Top