İstədiyim kimi sevirəm!
1
Istədiyin kimi sevirəm
Bu hiss məni boğur indi
Mələyəm, göylərdə süzürəm
Bəri bax, gör yerə endim.
2
Istədiyin kimi sevirəm
Artıq bil, məndə dəyişdim
Sevdiyini görüb sezirəm
Qəm sularından çox içdim
3
Istədiyin kimi sevirəm
Sındı bil, qolum-qanadım
Səninlə sevgimi silirəm
Qalmadı bir sənə andım
4
Istədiyim kimi sevirəm!
Buna demək olmaz sevgi
Tanrı payıdır Bu – bilirəm
Hər kəsə düşməyən vergi!
Istədiyim kimi sevirəm!
Vışka qazetində 2016-cı ilin 07 oktyabr ayında dərc olunub.
Necəsən Canım, Gülüm Son Bahar!
1
İnsanı aparmaz uğura sarı
Onun yığdığı mal-dövlət varı
Uğurun içində bir dəyər də var
Aşiqin qəlbində yanan Son Bahar!
2
Aşiqi yaşadar bu eşqin Barı
Neylərəm soyuq yağışı, qarı?
Qismətim olmuşdur mənə belə yar
Sevmişəm səni mən artıq Son Bahar!
3
Bu sevgi qorusun nəzərdən Bizi
Qaynayıb, qarışsın canımız gizli
Etməsin Tanrım bu Sevgini Xar
Necəsən Canım, Gülüm Son Bahar!
Necəsən Canım, Gülüm Son Bahar!
«Вышка» qəzetində 29 noyabr 2019 – cu ildə dərc olunub.
Sevindim ki, gerçəkdə, görmədim bu yuxumu
1.
Sənə mən məktub yazdım, yuxuda, Sən duymadın.
Allahdan ruzu aldın, gerçəkdə, Sən doymadın.
Sənə gəlbimi verdim, qədrini Sən bilmədin.
Acı, ümidsiz güldüm, göz yaşımı silmədin…
2.
Sənə dualar etdim, savabımı görmədim.
Sənə olan eşqimi məhəbbətlə hörmətim.
Dağdan arana endim, fərqimiz də olmadı.
Sevgidən artıq indi, bir əsarət qalmadı!
3.
Səni mən mələk sandım, gecə-gündüz yatmadım.
Yer üzündə axtardım, göylərdə mən tapmadım.
Allaha bərk sığındım, tapşırdım mən ruhumu.
Sevindim ki, gerçəkdə, görmədim bu yuxumu!
Vışka qazetində 2015-ci ilin 13 noyabr ayında dərc olunub.
Sənin gözlərinə baxmaq istərəm.
1.
Sənin gözlərinə baxmaq istərəm.
Sözlərinə qulaq asmaq istərəm.
Şam kimi yanaraq eşgin yolunda
Sevgi dəryasında batmaq istərəm.
2.
Sənin gözlərinə baxmaq istərəm.
Yumşaq əllərində yatmaq istərəm.
Yuxumu qataraq biri-birinə
Səni gerçəkdə bil tapmaq istərəm.
3.
Sənin gözlərinə baxmaq istərəm.
Həlim baxışında axmaq istərəm.
Həzin səsində də olan sevgiyə
Hər an, hər zaman bil çatmaq istərəm!
4.
Sənin gözlərinə baxmaq istərəm.
Eşqin zirvəsinə qalxmaq istərəm.
Allahdan arzum var, o dünyada mən
Sənin yanında bil olmaq istərəm!
Sənin gözlərinə baxmaq istərəm…
Vışka qazetində 09 dekabr 2016-c; il tarixdə dərc olunub
Sənə mən dost dedim
1
Sənə mən dost dedim
Sənsə mənə yarım.
Bu hissi poz dedim
Mənim ixtiyarım.
2
Eşqdə də vardır şər.
Bil, qadağa, haram
Qanı edər zəhər
Canı iblisə ram
3
Sənə mən dost dedim.
Biz dost kimi qalaq.
Bu eşgi poz dedim,
Gəl taxirə salaq.
Vışka qazetində 2015-ci ilin 21-30 aprel ayında dərc olunub.
İnnən belə, belə olacaq
1.
İnnən belə, belə olacaq
Mənim qadamı kim alacaq?
Xoş günündə sənsizəm mən…
Xoş gülüşün kimə qalacaq?
2.
İnnən belə, belə olacaq
Acı səbrin daşıb, dolacaq.
Bizə baxan, xain dostlardan
Kim oynayıb, kim əl çalacaq?
3.
İnnən belə, belə olacaq.
Keçmiş bizi yada salacaq.
Sənə olan sonsuz bu sevgim
Bir gün tamam sönüb, solacaq.
4.
İnnən belə, belə olacaq.
Başqa sevgi bizə gələcək.
Başqa gizli, qara günahlar
Əzab verib, bizə güləcək…
Tanrım,innən belə olacaq?
Vışka qazetinin 2017-ci ilin 21-27 iyul buraxılışında dərc olunub.
Tanrım, hər eşqmi Əfsanədir
1.
Hər taleyin bir yazısı var.
Hər həsrətin bir ağrısı var.
Yar qəlbinin bir arzusu var.
Gözəllik deyilmi, bəs nədir?
Görən hər eşqmi Əfsanədir?
2.
Hər insanın bəxt ulduzu var
Hər aşiqin eşq ruzusu var
Bu görüşün bir qorxusu var.
Gözəllik deyilmi, bəs nədir?
Görən hər eşqmi Əfsanədir?
3.
Hər sevdanın bir bəlası var.
Yar əlində eşq qadası var.
Bu gülüşün bir xətası var.
Gözəllik deyilmi, bəs nədir?
Görən hər eşqmi Əfsanədir?
4.
Hər gözəlin bir qoxusu var.
Eşq təsirli bir ordusu var.
Bu günəşin dəm yuxusu var.
Gözəllik deyilmi, bəs nədir?
Görən hər eşqmi Əfsanədir?
Tanrım, hər eşqmi Əfsanədir?
Vışka qazetinin 21-27 iyul buraxılışında dərc olunub.
Bilərəm
I
Ürəyim darıxır, dözə bilmirəm
Ağlımı itirib, gəzə bilmirəm
Yolumu kəsibdir gəm dəryalarım
Dərdimdən can verib, üzə bilmirəm
II
Gücümü toplayıb, dura bilərəm
Poladdan zənciri qıra bilərəm
Göylərdən dilədim yar sevgisini
Dedilər, yurdunda görə bilərəm.
Vışka qazetində 2011-ci ilin 18 mart ayında dərc olunub.
Niyə
Niyə tənhalıq gəlbimi əsdirir?
Qalan ümüdü, arzumu kəsdirir?
Həsrət içindəyəm. gəzirəm Sənsiz
Niyə acığlıdır, gəmlidir dəniz?
Niyə küləklər heç səngimir əsir?
Niyə yağışlar yağmağa tələsir?
Niyə günəş doğmur, açılmır səhər?
Niyə gözlərdə var sonsuz bir kədər?
Dəli məhəbbətlə. gəzirəm Sənsiz
Niyə acığlıdır axı bu dəniz?
Niyə gəhərliyəm? Qəlb dözmür daha!!
Niyə tənhalıq yaraşır Allaha??
Vışka qazetində 2015-ci ilin 21-30 aprel ayında dərc olunub.