Bağlıdır

Bağlıdır

Aşıq elə bağlıdır,
Zərif belə bağlıdır,
Həsrət dolu sevgim də
Aya ilə bağlıdır.
Dünya pula bağlıdır,
Dövlət qula bağlıdır
Mənim şəhid Xalqım da
Azad yola bağlıdır.
Şair şerə bağlıdır,
Şəhid yerə bağlıdır,
Yağı gecə-gündüz, hey
Qara şərə bağlıdır.
Bülbül gülə bağlıdır,
Şirin dilə bağlıdır,
Mənim dəli könlüm də
Bir cüt telə bağlıdır.
Aşıq yara bağlıdır,
Ağac bara bağlıdır,
Mənim dədə-babam da
Köklü Qarabağlıdır!

Scroll to Top