Mən aşiqəm

Mən aşiqəm

Mən aşiqəm bu yara,
Olmasın günün qara,
Məndən düşsən də ayrı
Qəlbimi gündə ara.
Mən aşiqəm bu yara,
Çəkilər eşqim dara,
Niyyətini düz elə
Arxalan düz ilqara.
Mən aşiqəm bu yara,
Yoxdur cibimdə para,
Gözlərin çəksə də yol
Baxmasın özgə bara.
Mən aşiqəm bu yara,
Bu mizraba, bu tara,
Açılmaz mənim gülüm,
Bülbülüm qonmaz xara.
Mən aşiqəm bu yara…

Scroll to Top