a Mənim

Mənim

Mənim yeyib-içən xalqım,
Dost tanışı biçən xalqım,
Çox danışan, az iş görən
Düşmənindən keçən xalqım.
Mənim hərbən qaçan xalqım,
Öz xeyrini güdən xalqım,
Dinsizliyi üstün tutan
Allahsızlıq edən xalqım.
Mənim yetim-yesir xalqım,
Qız-qəlini əsir xalqım,
Sülhsevərlik bir dərd imiş
Bu dərd yaman əyir xalqı.
Mənim Dəli-dolu Xalqım!
Əcdadları Ulu Xalqım!
Yetməzmi bu qədər yalan?
Bu yalanın qulu Xalqım!
Mənim…

Scroll to Top