a Hərbdədir yerimiz

Hərbdədir yerimiz

Vətəndir, eldir Qarabağ
Ötən bir yeldir Qarabağ
Ağır günlər bizi gözlər
Artan bir seldir Qarabağ.
Ana vətəndir Qarabağ
Sənsizəm, dərdimə bir bax
Arzum var bir məzlum kimi
İstərdim ki, orda qalaq.
Ana yurdumdur bu torpaq,
Dağ üstə salınan bir bağ
Əsir düşmüş Xan Qalaya
Savaşla, qanla qayıdaq.
Qopsun tufan, müharibə,
Həyat kiminçün qəribə,
Kiminçün mənasız aqtıq,
Qərbədir yolumuz, Qərbə!
Su yerinə axsın qanlar!
El uğrunda Şəhid canlar
Ölməz bir zirvəyə qalxar,
Son döyüşdə Mərd Cavanlar.
Yağı da endirər zərbə
Yetər, artıq düzdük dərdə
Su yerinə axsın qanlar!
Hərbdədir yerimiz Hərbdə!

Scroll to Top