a Yaz olsun

Yaz olsun

Gəldi bahar, gəldi yaz
Yaxşı günü yaza yaz
Dodaq qaçdı, güldü üz
Dayanmışıq üz bə üz
Barışmışıq yenidən,
Saçlarıma düşdü dən,
Dəyişmişik gözəlim
Sevgimiz bizə bəlli
Oyanıbdır təbiət,
Oğuzlarda var adət,
Yazda tondal qalamaq,
Ətrafında dolanmaq.
Toy edib, qonaq qetmək,
Yeni günü qeyd etmək
Novruzda niyyət tutmaq,
Yar qapısına atmaq
Boş boğça, papaq barı
Saxlasın səni Tanrı
Sevgimiz qocalmasın
Qara düşmən qalmasın
Həsrətimiz az olsun
Yazdan sonra yaz olsun!

Scroll to Top