a Gözün Aydın

Gözün aydın

Gözün aydın, millət yatır
Yuxusuna şəkər qatır
Yuxu şirin, arzu təmiz
Yuxusunda düşmən əziz.
Gözün aydın, millət yatır
Bataqlıqda batır, batır
Yuxu şirin, arzu təmiz
Xəyalları, dəniz-dəniz.
Gözün aydın, millət yatır
Gədə-güdə torpaq satır
Yuxu şirin, arzu təmiz
Millətim diz çökübdür, diz!
Gözün aydın, millət yatır
Qara düşmən sərrast atır
Yuxu şirin, arzu təmiz
“Yağı zəyif, yağı aciz”.
Gözün aydın, millət yatır!

Scroll to Top