a Əlvida

Əlvida

Bu mənim axır ilim
Son yağışım, son selim,
Qismətim çox çəkmədi
Əlvida, doğma elim.
Əlvida, Ana yurdum,
Oğuz yurdum, boz qurdum,
Əlvida, gözəl yarım,
Son payızım, baharım.
Əlvida, qohum-qardaş,
Taleyim olmuşdur daş,
Əlvida, mənim oğlum,
Haqladı məni ölüm.
Tənhalıq hökmün kəsdi,
Yad yellər yaman əsdi,
Torpaq bağrına basdı,
Ömrümü Sizə yazdı.

Scroll to Top