a Hər

Hər

Hər əməlin bir sonu var,
Hər işin də bir donu var,
Hər qılıncın öz qını var,
Gedən namus, qeyrət, ardır.
Hər zəhmətin öz barı var,
Hər bağın öz nübarı var,
Hər ilin öz baharı var,
Çollər bu ildə də xardır.
Hər dərdin öz dərmanı var,
Hər anın öz fərmanı var,
Düşmənin dəyirmanı var,
Ona su tökən murdardır.
Hər insanın öz arı var,
Dinsizlərin şuarı var,
“Öldü yoxdur, hey yıxdı var”
Çoxu da mərdimazardır.
Hər limanın bərəsi var,
Hər dağın öz dərəsi var,
Yurdumun da gədəsi var,
Ona bu dünya da dardır.
Hər malın bir yiyəsi var,
Hər ruzunun tikəsi var,
Hər nadanın yekəsi var,
Bizimki də əsl “dindar”dır.

Scroll to Top