a Yeni dövlət qururuq biz

Yeni dövlət qururuq biz

Yeni dövlət qururuq biz
Yeni vətən yersiz, yersiz
Yenidir günümüz artıq
Yeni yamaq, yeni yırtıq
Yenidir vəd, böhtan, yalan
Yeni fikir, yeni məkan
Yeni şərtlər qoyur yağı
Yeni satdıq Qarabağı
Sakit dinməzcənə susduq
Qardaş, deyəsən uduzduq…
Namusumuz getdi əldən
Ərsiz qaldı Vətən, Vətən

Yeni dövlət qururuq biz
Yeni həyat, yeni məclis
Yenidir sifətlər, üzlər
Yeni ifadələr, sözlər
Yenidir güzaran tamam
Yeni başçı, yeni imam
Yeni əməliyyat qurur
Xalq hələlik dözür, durur
Son ümidə bağlıyıq biz
Vətən qaldı elsiz, elsiz
Sonu görünməyən kədər
Günü bilinməyən zəfər…
Yeni dövlət qururuq biz…

Scroll to Top