a Var-dövlət bizə qalmaz

Var-dövlət bizə qalmaz

Günüm yaman ağardı
Xəmir çox su apardı
Tənhalığın sonu yox
Dözülməz zülmün ardı.
El qanı yerdə qalmaz
Savaşsız döyüş olmaz
Əbəs yerə çalışan
Düşmən qələbə çalmaz.
Yurdsuz yerdə ər olmaz,
Xeyir olmaz, şər olmaz,
Gecə yaman uzundur
Gecəsiz səhər olmaz.
Arsız adam qocalmaz
Zalım sərvətdən doymaz
Yığılan ömür boyu
Var-dövlət bizə qalmaz.

Scroll to Top