a İndi

İndi

Torpaq gücsüz olub indi,
Vicdan ucuz olub indi,
Parayla ölçülür dünya,
İnsan aciz olub indi.
Diyar halsız olub indi,
Bazar malsız olub indi,
Harayla ölçülür dünya,
İnsan pulsuz olub indi.
Millət dilsiz olub indi,
Zaman dinsiz olub indi,
Alayla ölçülür dünya,
Vətən elsiz olub indi.

Scroll to Top