Şuşa musiqiçiləri kitabı hazırlanır

Şuşa musiqiçiləri kitabı hazırlanır

Azərbaycanın hər zaman torpaqlarına sahib çıxmaq istəyən mənfur düşmənlərimiz ermənilər bununla yanaşı Azərbaycan musiqisini və musiqiçilərini erməni musiqisi və musiqiçiləri kimi göstərməyə çalışırlar.

“İşıq” sosial iqtisadi inkişafa kömək ictimai birliyi bu sahədə daim vətənpərvərlik mövzularında layihələr həyata keçirmişdir. Hətta 2016-cı ildə aparılan gərgin işlər nəticəsində vikipediya səhifələrində müasir  tarın yaradıcısı Sadıqcanın erməni musiqiçisi kimi tanıdılmasının qarşısı alınmış, vikipediya səhifəsində Sadıqcan azərbaycan musiqiçisi kimi həmişəlik təqdim olunmuşdur.

“İşıq” sosial iqtisadi inkişafa kömək ictimai birliyinin növbəti layihəsi “Şuşalı musiqiçilər” kitabıdır. Onu da qeyd edim ki, bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə keçirdiyi qrant müsabiqəsinin maliyyə dəstəyi ilə hazırlanmaqdadır.

Kitabın hazırlanmasında əsas məqsəd Şuşalı musiqiçilərin həyat və yaradıcılıqlarına bir daha nəzər salmaqdır. Bununla yanaşı bu kitabla bir daha sübut edirik ki, Şuşa , eləcədə Qarabağ hər zaman Azərbaycan torpağıdır. Belə ki, Şuşalı musiqiçilər bu torpaqda göz açmış, yaşamış və yaratmışdılar.

“İşıq” sosial iqtisadi inkişafa kömək ictimai birliyinin sədri İlqar Əliyevin bildirdiyinə görə qarşıya qoyulan məqsədə çatmışlar və kitab yaxın günlərdə geniş ictimaiyyətə təqdim olunacaqdır. Sonda İlqar müəllim bu layihənin həyata keçirilməsində etdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyinə öz minnətdarlığını bildirmişdir.

Scroll to Top