Böyükdür dərd

Böyükdür dərd

Dövlət parçalanır, gedir
Milli məclis iclas edir
Xanlar bölüb məmləkəti
Xalqın güzaranı çətin
Peyğəmbərlər peyda oldu,
Xalqın səbri doldu, doldu.
Yurd yuvasız Vətən əhli
Kimin ona olub dəhli?
Kimi sayaq, kimi deyək?
Bu azadlıq kimə gərək?
Əsirlikdə arvad-uşaq,
Həqiqəti gəl danışaq.
Ümidsizdik basdı bizi.
Namusun yox tozu, izi.
Böyüyə qalmadı hörmət
Parçalanır, ölür millət.
Heç kim inanmır Allaha,
Kafir olmuşuq biz daha.
Mərdi qovub, etdik namərd.
Ağırdır yük, böyükdür dərd.

Scroll to Top