a Danışmır dil oxunmur saz

Danışmır dil oxunmur saz

Dərdim böyük, yüküm ağır
Zalım Araz axır,axır
Bölübdür vətəni Araz
İllər boyu nə çox nə az,
Yuz altmışa çatıb rəgəm,
Araz, bəs deyilmi bu qəm?
Niyə qurumursan Araz?
Danışmır dil, oxunmur saz.
Bir söz de, Xalqıma çatdır.
Ərlər papaq altda yatır.
Lildən tez canını qurtar.
Sənin ki, təmiz adın var
Bilir dünya, bilir vətən
Qalx Arazım tərpən, tərpən,
Coşdur sularını Araz!
Danışmır dil, oxunmur saz!
Qalx ayağa mənim Xalqım!
Taptalanıb sənin haqqın
Tanrı kömək etsin bizə,
Xalq qırılır dözə-dözə
İman itibtir, bərəkət,
Gəl-gəl Oğuz Xalqı dikəlt
Qalx ayağa Dəli Araz!
Danışmır dil, oxunmur saz.

Scroll to Top