Xudaya xalqımı qoru

 

Xudaya, xalqımı qoru,

Xudaya, xalqımı qoru…

Mənim xalqım dağ olubdur, dağ olub
İgid-igid doğulubdur, doğulub
Oğuz gözü tox olubdur, tox olub
Qara düşmən torpağımdan pay olmaz
Yağış yağıb sel-sel olub çay olmaz

Mənim xalqım qoç olubdur, qoç olub
Zaman-zaman köç olubdur, köç olub
İgidlərdə güc olubdur, güc olub
Qara düşmən, hiylələrin donu var
Əməllərin cəzası, var sonu var

Mənim xalqım saf olubdur, saf olub
Alnı açıq ağ olubdur, ağ olub
Qarabağım bağ olubdur, bağ olub
Qara düşmən, nə gözlərin dikirsən
Torpağımda evlərini tikirsən

Mənim xalqım düz olubdur, düz olub
Düşməninə buz olubduq, buz olub
Gücü birə-yüz olubdur, yüz olub
Qara düşmə uzaq dolan, gəz barı
Hünəri var oğuzların, var arı

Mənim xalqım mərd olubdur, mərd olub
Pis niyyətlər pərt olubdur, pərt olub
Neçə-neçə dərd olubdur, dərd olub
Qara düşmən, bəsdir səbrimi saydın
İgidlər atlanın! Yolunuz aydın

1993

Şuşadan gəlir qonaq
Üzü qara, üzü ağ
Gətirir xəbər-xəbər
Yarı xeyir,yarı şər
Yeriyir ağır-ağır
Yeriyir igid, fağır
Danışır yavaş-yavaş:
«Azadlıq olaydı kaş
dəyişibdir güzaran
Yarı dostluq, yarı qan
Dözülməzdir bu zülmət
Qalmadı dizdə taqət
Atəşkəs davam edir
Cavanlar hərbə gedir…

1993

[/vc_column_text][/vc_tta_section][vc_tta_section title=”Şər atma” tab_id=”1558954232754-43d2a52b-2e88″][vc_column_text]Şər atma öz xalqına, öz elinə
Pis baxma öz bağına, öz gülünə
Düşmən sevinər, yarı gülüb şad olar
Toqpaq bölünər, özgələrə dad olar

 

Şər atma öz xalqına, öz elinə
Bağlama muradını yad belinə
Düşmən sevinər, yağı üzü ağ olar
Torpağ bölünər, millətinə dağ olar

 

Şər atma öz xalqına, öz elinə
Uydurma ürəyini yad telinə
Düşmən sevinər, yağı kefi saz olar
Torpağ bölünər, kədər olar, yas olar

 

Şər atma öz xalqına, öz elinə
Hörmətlə yanaş adətinə, öz dilinə
Allahı tanı, vəfalı ol öz dininə
Düşmən sevinər, dövlət gedər, var olmaz
Torpağ bölünər, namus olmaz, ar olmaz
Şər atma öz xalqına, öz elinə…

1993

Gözün aydın, millət yatır
Yuxusuna şəkər qatır,
Yuxu şirin, arzu təmiz
Yuxusunda düşmən əziz

 

Gözün aydın, millət yatır
Bataqlıqda batır, batır
Yuxu şirin, arzu təmiz
Xəyalları dəniz-dəniz

 

Gözün aydın, millət yatır
Gədə-güdə torpaq satır
Yuxu şirin, arzu təmiz
Millətim diz çökübdür, diz!

 

Gözün aydın, millət yatır
Qara düşmən sərrast atır
Yuxu şirin, arzu təmiz
Yağı zəif, yağı aciz
Gözün aydın, millət yatır!

1993

Xan çayım Araz-Araz
Suyun var dayaz-dayaz
Düşmənim güclüdür çox
Yeri azdır, yeri az

 

Sərhədi pozur quduz
Əyriyə söyləyir düz
Uydurur yalan-yalan
Hiyləsi var birə-yüz

 

Xan çayım Araz-Araz
Suyun var dayaz- dayaz
Suları döndər bəri
Sərhəddən, sarı bir az

 

Yarma, yaralı bağrı
Birləşdir torpağları
Ya bizi qoru, Araz!
Ya qəmdən, quru barı!

 

Xan çayım Araz-Araz
Dərdim çox gümanım az
Cavanlar cavan getdi
Qanınız yerdə qalmaz
Xan çayım Araz-Araz…

1993

Aşiq elə bağlıdır,
Zərif belə bağlıdır,
Həsrət dolu sevgi
Aya, ilə bağlıdır.

Dünya pula bağlıdır,
Dövlət qula bağlıdır,
Mənim şəhid xalqım
Azad yola bağlıdır.

Şair şerə bağlıdır,
Şəhid yerə bağlıdır
Yağı gecə-gündüz
Qara şərə bağlıdır.

Büdbül gülə bağlıdır,
Ağac bara bağlıdır
Mənim dəli könlüm
Bir cüt telə bağlıdır.

Aşiq yara bağlıdır,
Ağac bara bağlıdır
Mənim dədəm babam
Əsli qarabağlıdır

1993

Ot kökü üstə bitər
Sənədlər itər, itər
Düşmənin güclüdür çox
Torpağı didər, didər

Ot kökü üstə bitər
Oğuz ölümə gedər
Düşmənin arxası var
Özündən betər, betər

Ot kökü üstə bitər
Düşmənim hücum edər
Bir evim qalıb mənim
Bir canım yetər, yetər
Ot kökü üstə bitər…

1993

Həyat, oğlum, mübarizədir
Onun yolu çətindir, bil
Sənin addımların təzədir
Ağlama, göz yaşını sil

Həyat, oğlum, müharibədir
Müharibə, qəddar olur
Cəbhə yeri, indi qəbrdədir
İnsanlar məhv olur, ölür

Həyat, oğlum, müqaisədir
Onunla ölçülür zaman
Dinsiz yerdə, haqq bir hissədir
Şahlıq edir böyük yalan

Həyat, oğlum, bir möcüzədir
Öyrən onu, mənim balam
Sərvət üzdədir, var üzdədir
İnsana deyildir qalan

Həyat, oğlum, böyük nemətdir
Qoru onu, qədrini bil
Azad olmaq da bir qismətdir
Ağlama, göz yaşını sil

1993

İnan ki, mən əylənmirəm
Sevqim uca, qəlbim təmiz
Eşq yolunda əyləmirəm
Yar gözləri dəniz-dəniz

İnan ki odam, sönmürəm
Həyat gülüm,çətin, çətin
Yola düşmüşəm, dönmürəm
Fikrim mənim, qəti, qəti

İnan ki, qanım qaradır
Bu sirr məni üzür, üzür
Ürək döyünmür ara bir
Ürək sevmir, dözür, dözür

1993

Torpaq gücsüz olub indi,
Vicdan ucuz olub indi,
Parayla ölçülür dünya
İnsan aciz olub indi.

Diyar halsız olub indi,
Bazar malsız olub indi,
Harayla ölçüdər dünya
İnsan pulsuz olub indi

Millət dilsiz olub indi.
Muğan Milsiz olub indi,
Alayla ölçülür dünya
Vətən elsiz olub indi

1993

Vuruşa-vuruşa yaşayırıq,
Qırıla-qırıla ölürük
İtirə-itirə yaşadırıq,
Toyları yaslara bölürük.

Dalandan-dalana dolanırıq,
Yalanı yalana satırıq,
Yalvara-yalvara dilənirik,
Günahdan günaha batırıq.

Üzülə-üzülə silinirik,
Vətəni qürbətdə tapırıq,
Uzaqdan-uzaqa bilinirik,
Yaxından-yaxına qapırıq.

Döyülə-döyülə kiçilirik,
Əzəbdan əzaba dözülürük,
Əzilə-əzilə biçilirik,
Yaddaşı yaddaşdan pozuruq.

1995

Yaxşı günlər var idi
Yox olub, çıxdı getdi.
Kəlbəcərdə qar idi,
Çay olub axdı getdi.

Bilməmişik qədrini,
Ağdamın, bəxti getdi.
Şuşa bir canan idi,
Yandırıb, yaxdı getdi.

Yiyəsizlik hökm sürür,
Ölkələr, sağdı getdi.
Hər gələn bir şah idi,
Yığdığın, yığdı getdi.

İqtidar qoşun yığır,
Erməni, qalxdı getdi,
Hər gələn bir dağ idi,
Bayrağın, taxdı getdi.

Ay camaat durmayın,
Dözməyin vaxtı getdi.
Elləriniz var idi,
Qızların əhdi getdi.

1994

Gəldi bahar, gəldi yaz
Yaxşı günü yaza yaz
Dodaq qaçdı, güldü üz
Dayanmışıq üzbəüz
Barışmışıq yenidən,
Saçlarıma düşdü dən,
Dəyişmişik gözəlim
Sevgimiz bizə bəlli.
Oyanıbdır təbiət,
Oğuzlarda var adət,
Novruzda niyyət tutmaq
Yar qapısına atmaq
Boş boğça, papaq barı
Saxlasın səni tanrı
Sevgimiz qocalmasın
Qara düşmən qalmasın
Həsrətimiz az olsun
Yazdan sonra yaz olsun!

1998

1
Mənim xalqım dağ olubdur, dağ olub
İgid-igid doğulubdur, doğulub
Oğuz gözü tox olubdur, tox olub
Qara düşmən torpağımdan pay olmaz
Yağış yağıb sel-sel olub çay olmaz

Mənim xalqım qoç olubdur, qoç olub
Zaman-zaman köç olubdur, köç olub
İgidlərdə güc olubdur, güc olub
Qara düşmən, hiylələrin donu var
Əməllərin cəzası, var sonu var

Mənim xalqım saf olubdur, saf olub
Alnı açıq ağ olubdur, ağ olub
Qarabağım bağ olubdur, bağ olub
Qara düşmən, nə gözlərin dikirsən
Torpağımda evlərini tikirsən

Mənim xalqım düz olubdur, düz olub
Düşməninə buz olubduq, buz olub
Gücü birə-yüz olubdur, yüz olub
Qara düşmə uzaq dolan, gəz barı
Hünəri var oğuzların, var arı

Mənim xalqım mərd olubdur, mərd olub
Pis niyyətlər pərt olubdur, pərt olub
Neçə-neçə dərd olubdur, dərd olub
Qara düşmən, bəsdir səbrimi saydın
İgidlər atlanın! Yolunuz aydın Şuşadan gəlir qonaq
Üzü qara, üzü ağ
Gətirir xəbər-xəbər
Yarı xeyir,yarı şər
Yeriyir ağır-ağır
Yeriyir igid, fağır
Danışır yavaş-yavaş:
«Azadlıq olaydı kaş
dəyişibdir güzaran
Yarı dostluq, yarı qan
Dözülməzdir bu zülmət
Qalmadı dizdə taqət
Atəşkəs davam edir
Cavanlar hərbə gedir…1
Şər atma öz xalqına, öz elinə
Pis baxma öz bağına, öz gülünə
Düşmən sevinər, yarı gülüb şad olar
Toqpaq bölünər, özgələrə dad olar

Şər atma öz xalqına, öz elinə
Bağlama muradını yad belinə
Düşmən sevinər, yağı üzü ağ olar
Torpağ bölünər, millətinə dağ olar

Şər atma öz xalqına, öz elinə
Uydurma ürəyini yad telinə
Düşmən sevinər, yağı kefi saz olar
Torpağ bölünər, kədər olar, yas olar

Şər atma öz xalqına, öz elinə
Hörmətlə yanaş adətinə, öz dilinə
Allahı tanı, vəfalı ol öz dininə
Düşmən sevinər, dövlət gedər, var olmaz
Torpağ bölünər, namus olmaz, ar olmaz
Şər atma öz xalqına, öz elinə…Mənim xalqım dağ olubdur, dağ olub
İgid-igid doğulubdur, doğulub
Oğuz gözü tox olubdur, tox olub
Qara düşmən torpağımdan pay olmaz
Yağış yağıb sel-sel olub çay olmaz

Mənim xalqım qoç olubdur, qoç olub
Zaman-zaman köç olubdur, köç olub
İgidlərdə güc olubdur, güc olub
Qara düşmən, hiylələrin donu var
Əməllərin cəzası, var sonu var

Mənim xalqım saf olubdur, saf olub
Alnı açıq ağ olubdur, ağ olub
Qarabağım bağ olubdur, bağ olub
Qara düşmən, nə gözlərin dikirsən
Torpağımda evlərini tikirsən

Mənim xalqım düz olubdur, düz olub
Düşməninə buz olubduq, buz olub
Gücü birə-yüz olubdur, yüz olub
Qara düşmə uzaq dolan, gəz barı
Hünəri var oğuzların, var arı

Mənim xalqım mərd olubdur, mərd olub
Pis niyyətlər pərt olubdur, pərt olub
Neçə-neçə dərd olubdur, dərd olub
Qara düşmən, bəsdir səbrimi saydın
İgidlər atlanın! Yolunuz aydınŞuşadan gəlir qonaq
Üzü qara, üzü ağ
Gətirir xəbər-xəbər
Yarı xeyir,yarı şər
Yeriyir ağır-ağır
Yeriyir igid, fağır
Danışır yavaş-yavaş:
«Azadlıq olaydı kaş
dəyişibdir güzaran
Yarı dostluq, yarı qan
Dözülməzdir bu zülmət
Qalmadı dizdə taqət
Atəşkəs davam edir
Cavanlar hərbə gedir…Şər atma öz xalqına, öz elinə
Pis baxma öz bağına, öz gülünə
Düşmən sevinər, yarı gülüb şad olar
Toqpaq bölünər, özgələrə dad olar

Şər atma öz xalqına, öz elinə
Bağlama muradını yad belinə
Düşmən sevinər, yağı üzü ağ olar
Torpağ bölünər, millətinə dağ olar

Şər atma öz xalqına, öz elinə
Uydurma ürəyini yad telinə
Düşmən sevinər, yağı kefi saz olar
Torpağ bölünər, kədər olar, yas olar

Şər atma öz xalqına, öz elinə
Hörmətlə yanaş adətinə, öz dilinə
Allahı tanı, vəfalı ol öz dininə
Düşmən sevinər, dövlət gedər, var olmaz
Torpağ bölünər, namus olmaz, ar olmaz
Şər atma öz xalqına, öz elinə…Mən bu xalqa inanıram
Bu xalq mətindir, mətin
Günü çətindir çətin
Qüdrəti var, şanı var
İnsafı var, Qanı var
Aranı var, düzü var
Gecəsi, gündüzü var
Taleyi var, bəxti var
Arzuların əhdi var
Vətəni var, eli var
Torpağına meyli var
Adəti, əjdadı var
Oğuzların adı var
Mən bu xalqa inanıram
İnanıram, inanıram!

1998

Bu savaşın sonu yox,
Bu düşmənin Qanı yox,
Qırılan bizdən oldu
Yiyəsi yox, Canı yox.

Bu dərdin dərmanı yox,
Bu elin fərmanı yox,
Qırılan bizdən oldu
Dini yox, imanı yox.

Bu zülmün zindanı yox,
Adı yox, meydanı yox,
Qırılan bizdən oldu
Qatilin vicdanı yox.

Bu dövrün zamanı yox,
Bu günün amanı yox
Qırılan bizdən oldu,
Sabaha gümanım yox
Bu savaşın sonu yox…

1994

Dərdim böyükdür, yüküm ağır
Zalım Araz axır, axır
Bölübdür Vətəni Araz
İllər boyu nə çox, nə az
Yüz altmışa çatıb rəqəm
Araz bəs dyilmi bu qəm ?
Niyə qurumursan Araz ?
Daışmır dil, oxunmur saz

Bir söz de, xalqıma çatdır
Ərlər papaq altda yatır
Lildən tez, canını qurtar
Sənin ki, təmiz adın var!
Bilir dünya , bilir Vətən
Qalx Arazın, tərpən, tərpən.
Coşdur sularını, Araz,
Daışmır dil, oxunmur saz

Qalx ayağa, mənim xalqım
Taptalanıb sənin haqqın
Tanrı kömək etsin bizə
Xalq qırılır dözə-dözə
İman itibdir, bərəkət
Gəl-gəl Oğuz xalqı dikəlt
Qalx ayağa dəli Araz
Daışmır dil, oxunmur saz…

1994

Bu mənim axır ilim,
Son yağışım, son selim,
Qismətim çox çəkmədi
Əlvida doğma elim.

Əlvida Ana yurdum,
Oğuz yurdum, boz qurdum.
Əlvida gözəl yarım
Əlvida ulu Tanrım.

Əlvida qohum-qardaş
Taleyim olmuşdur daş,
Əlvida mənim oğlum,
Haqladı məni ölüm.

Tənhalıq məni əzdi,
Yad yellər yaman əsdi,
Torpaq bağrımı basdı
Ömrümü sənə yazdı.

1998

Bu millət düzələn deyil,
Haqqına düz gələn deyil,
Ümidsiz bir zülmün yiyəsi
Düşmənə diz gələn deyil.

Bu millət sel sevən deyil,
Dağ sevən, mil sevən deyil
Şərəfsiz bir sülhün yiyəsi
Yurd sevən, el sevən deyil.

Bu millət qocalan deyil,
Torpaqdan, güc alan deyil,
Mənasız bir ömrün yiyəsi
Tanrıya ucalan deyil.

Bu millət zor baxan deyil,
Rüşvətə xor baxan deyil,
Azacıq bir qazanc yiyəsi
Düşmənə xar baxan deyil.

Bu millət zəhmətsiz deyil,
Birlikdə hörmətsiz deyil,
Yiyəsiz bir elin yiyəsi
Allahsız deyil, rəhmətsiz deyil!

1993

Qarabağda bağ olmaz,
Qara bəxtim ağ olmaz,
Qara düşmən dağ oldu
Qara niyyət sağ olmaz.

Qara qoşunlar gələr
Qırılar əsgər-əsgər
Qarabağdan yayılar,
Qara uğursuz səfər.

Qarabağda toy olar,
Qız oğlana tay olar,
Qara döyüşdən sonra
Yenilməz alay olar.

Saz götürüb, söz dedim
İgid oğul, döz dedim,
Qara dyşmən qarşında
Əyilməz Oğuz dedim

Bu mənim elim-elim,
Şirin var dilim-dilim
Ayrılmaz Vətən olsun
Solmasın dilim-dilim.Şeytan xaqandı, Tülkü bəy
Haqqı imkandı sayma, əy
Qurda tapşır məmləkəti
Yesin, parçalansın qəti

Xalq adından qırsın xalqı
El obadan yağsın haqqı
Düşməndə gələndə bəri
Pay verilsin dədə yerGünüm yaman ağardı
Xəmir çox, su apardı
Tənhalığın sonu yox
Dözülməz zülmün ardı

El Qanı yerdə qalmaz
Dağ döşündə çöl olmaz
Əbəs yerə çalışan,
Düşmən qələbə çalmaz

Yurdsuz yerdə ər olmaz
Xeyir olmaz, şər olmaz
Gecə yaman uzundur
Gecəsiz səhər olmaz

Arsız Adam qocalmaz
Acgöz doymaz, kam almaz
Yığılan ömür boyu
Var, dövlət bizə qalmazDinsin iman olmaz
Simsiz kaman olmaz
Dərdsiz insan olmaz
Qansız üsyan olarmı?

Düzsüz aran olmaz
Qarsız boran olmaz
Şərsiz yalan olmaz
Yersiz Vətən olarmı?

Üzsüz astar olmaz
Qışsız bahar olmaz
Malsız bazar olmaz
Dilsiz millət olarmı?

Haqsız inam olmaz
Xalqsız imam olmaz
Elsiz ilham olmaz
Günsüz güman olarmı?

Araz abad olmaz
Oğuz azad olmaz
Təbriz hesab olmaz
Başsız bədən olarmı?Tanrı! Səndən başqa bir kimsəyə
Qul olmayan kölədirmi?
Səndən başqa bir kimsəni
Çox sevməyən, kölgədirmi?
Səni tanımayan dövlət
Bir firavan ölkədirmi?
Xudaya, xalqımı qoru.
Sənə inanmayan bir kəs
Kamildirmi, təmizdirmi?
Səni düşünməyən rəhbər
Öz xalqına əzizdirmi?
Səni anlamayan xalqın
Əməlləri izsizdirmi?
Xudaya, xalqımı qoru!
Xudaya, xalqımı qoru!Salam, küskünlər şəhri
Dilənçi xalqım
Salam, ümidsiz, şərli
Tapdanmış haqqım.

Salam, kefi kök, nankor,
Əli qədəhli.
Salam, məmur-rüşvətxor,
Alverçi əhli.

Salam, əli qabarlı
Şəhid kölələr.
Salam, insafsız, varlı
Canlı kölgələr.

Salam, dolanbac, kirli
Tozlu küçələr.
Salam, qara, məkrli
Qorxunc ğecələr.

Salam, düşmənə qıymayan,
Atmayan əsgər.
Salam, ey mənim yurduma
Çatmayan səngər.

Salam, bu zülmət gecəni
aşıran şəhər.
Salam, bu günün gercəyi
Yenilməz rəhbər.Mən aşiqəm Qarabağ
Yağışa bax, qara bax
Mənim yarım ordadır
Vətənidir Qarabağ

Mən aşiqəm Qarabağ
Arana bax, dağa bax
Təbiət yetişdirir
Qara gözlü, gül yanaq.

Mən aşiqəm Qarabağ
Qara Telli tağa bax.
Bir qız gördüm, yar bildim
Kölnümü verdim nahaq.

Naz eləmə mənə bax
Gəl sallama qaşqabaq
Çox öyürsən özünü
Güzgüyə bax, üzə bax.
Mən aşiqəm Qarabağ…Səni düşünürəm, mənim gözəlim
İzn ver ki, yenə yanına gəlim.
Əlçatmaz zirvəyə bir yaxınlaşım
Yenə də səni sevib alışım.

Səni düşünürəm, mənim gözəlim
İzn ver ki, yenə yanına gəlim.
Sakitcə yanında dinim danışım.
Hərdən bir zarafatla həddimi aşım.
Gerçəkdə güləşim, səni hey yıxım
Dəli istəyimlə yandırıb, yaxım.
Dalaşım səninlə, bir də barışım.
Sənin işlərinə daim qarışım.

Səni düşünürəm, mənim gözəlim
İzn ver ki, yenə yanına gəlim.
Bu hisslər içində qaynayıb, daşım,
Görüşüm səninlə, mənim sirdaşım.
Səni düşünürəm…Mən aşiqəm bu yara,
Olmasın günün qara,
Məndən düşsən də ayrı,
Qəlbimi gündə ara.

Mən aşiqəm bu yara,
Çəkilər eşqim dara,
Niyyətini düz elə
Arxalan düz ilqara.

Mən aşiqəm bu yara,
Yoxdur cibimdə para,
Gözlərin çəksə də yol
Baxmasın özgə bara

Mən aşiqəm bu yara,
Bu mizraba, bu tara,
Açılmaz mənim gülüm
Bülbülüm qonmaz xara
Mən aşiqəm bu yara…Vətəndir, eldir Qarabağ,
Ötən bir yeldir Qarabağ,
Ağır günlər bizi gözlər
Artan bir seldir Qarabağ.

Ana vətəndir Qarabağ,
Sənsizəm, dərdimə bir bax
Arzum var, bir məzlum kimi
İstərdim ki, orda qalaq.

Ana-yurdumdur bu torpaq,
Dağ üstə salınar bir bağ,
Əsir düşmüş Xan qalaya
Savaşla, qanla qayıdaq.

Qopsun tufan, müharibə,
Həyat kiminçün qəribə.
Kiminçün mənasız artıq,
Qərbədir yolumuz, Qərbə!

Su yerinə axsın qanlar!
El uğrunda Şəhid canlar
Ölməz bir zirvəyə qalxar
Son döyüşdə mərd cavanlar.

Yağı da endirər zərbə
Yetər artıq, dözdük dərdə
Su yerinə axsın qanlar!
Hərbdədir yerimiz, hərbdəMənim yeyib-içən xalqım,
Dost tanışı biçən xalqım,
Çox danışan, az iş görən
Düşmənindən keçən xalqım.

Mənim hərbə gedən xalqım,
Öz yerini güdən xalqım,
Dinsizliyi üstün tutan
Allahsızlıq edən xalqım.

Mənim yetim-yesir xalqım
Qız-gəlini əsir xalqım
Sülhsevərlik bir dərd imiş
Bu dərd yaman əzir xalqı

Mənim dəli-dolu xalqım!
Əcdadları ulu xalqım!
Yetməzmi bu qədər yalan ?
Bu yalanın qulu xalqım
Mənim…Nə gözəl mənzərədir,
Cənnətə pəncərədir,
Sinəmə çəkilmiş dağım,
Doğma elim, Qarabağım

Nə gözəl Əfsanədir
Bu röya, yuxumu nədir?
Yenilməz xan Pənahım
Doğma elim, Qarabağım

Nə gözəl, nə qəribədir
Yolumuz indi Qərbədir
Sıyrılmaz qılıncı Pənahın…
Ümüdüm sənə Allahım !
Doğma elim, Qarabağım !!!Vətənsiz qürbətdə yaşaya bilmərəm
Vətəni görməmiş mən rahat ölmərəm
Vətəni sevməyən nadandır azı
Vətən hey düzdür zalım Arazı.

Vətənim gözəldir, Vətənim əziz
Vətənin paytaxtı Bakıdır, Təbriz
Vətəni sevməyən cəlladdır azı
Vətən oxudur kamanı, sazı

Vətən torpağı eşit: mənimdir
Vətən anadır, Ana–Vətənimdir
Vətəni sevməyən alçaqdır azı
Vətən səsləyir mərd oğlu, qızı

Vətənə qayıdın nankor balalar
Vətən övladsız sönər, boğular
Yağı əlində sınar, bölünər
Qarışar torpağa silinib, ölər.Hər əməlin sonu var
Hər işin də bir donu var
Hər qılıncın öz qını var
Gedən namus, qeyrət, artır

Hər zəhmətin öz barı var
Hər bağın öz nübarı var
Hər ilin öz baharı var
Çöllər bu ildədə də xardır

Hər dərdin öz dərmanı var
Hər anın öz fərmanı var
Düşmənin dəyirmanı var
Ona su tökən, murdardır.

Hər millətin öz bəxti var
Xalqımında bir əhdi var
«Öldü yoxdur, hey yıxdı var»
Çoxu da mərdimazardır

Hər limanın bərəsi var
Hər dağın öz dərəsi var
Yurdumun da gədəsi var
Ona, bu dünya da dardır

Hər malın bir yiyəsi var
Hər ruzunun tikəsi var
Hər nadanın yekəsi var
Bizimki də, «əsl dindardır».Mətin rəqib xain dostdan yaxşıdır,
Xain qardan rəhbərindir, başçıdır,
Xain köpək arxalıdır, yaşlıdır,
Xainlər uzaq dolan gəz barı,
Şər işlərdən qorusun səni Tanrı.

Xain qonşu torpağında ağadır,
Əsirlikdə arvad, uşaq, çağadır,
İqtidarın meyli sola, sağadır,
Xainlər uzaq dolan gəz barı,
Şər işlərdən qorusun səni Tanrı.

Xain əsgər savaşda satıcıdır,
Xain səfir görüşdə qatıçıdır,
Xainlər meydanı olubdur cıdır,
Xainlər uzaq dolan gəz barı,
Şər işlərdən qorusun səni Tanrı.

Xainlər haqsızlıqda birincidir,
Xainlər xalqımı yaman incidir,
Xainlər yekəsi iblisçidir,
Xainlər uzaq dolan gəz barı,
Şər işlərdən qorusun səni Tanrı.Nazilərsə, haqq lakin üzülməz,
Bu haqsız dövran da oldu dözülməz,
Saysız hesabsız yalançı vədlər,
Niyə yeriyir ardı kəsilməz ?

Quldurlar rəislik, ağalıq edir,
Var-dövlət naminə vəzifə güdür,
Kafirlər çoxalır, törəyir iblis,
Satılır torpaqlar, namus ar gedir.

Dinsizlər də yenə ordular düzür,
Nadanlar xalqını incidir, üzür,
Həyatdan küsmüş də məzlum camaat,
Ümidsiz baxışla seyr edir, süzür.

Xainlər bu dərdi dərk edə bilməz,
Şərəfsiz barışıq qəbul udilməz!
Əzablar içində dilənçi əhli
Bir gün gələcək onlar əzilməz!

Nazilərsə, haqq lakin üzülməz,
Şəhidlik zirfəsi ucadır, ölməz,
Azadlıq uğrun birləşən millət,
Qırılsa da bəlkə…
Lakin əyilməz !

Scroll to Top