Bu dünya

Bu dünya

Bu dünya bacaranındır
Bac verib, bac alanındır.
Tanrıdan güc alan dünya,
Tac qoyub, tac alan dünya.
Bu dünya bir təsəllidir
Ümidim yüzə əllidir.
Taleyi bəşərsiz dünya,
Özündən xəbərsiz dünya.
Bu dünya oddur, alovdur
Nə xəbər, nə qov ha qovdur.
Yurdumu dağıdan dünya,
Düşməni dağ edən dünya.
Bu dünya zordur, hədədir
Cavanlar indi hərbdədir.
Zülmkar, imansız dünya,
Fağıra amansız dünya.
Bu dünya, bu dünya…

Scroll to Top