Didaktik Şeirlər

Şahlıq edər böyük yalan

Bu dərd məni yaman üzür.
Qəlbim yükə hələ dözür.
Artıq arzularım bitir.
Xəyallarım sönür, itir.
Dostlar arasında yalqız.
Məqsədim yox, sonsuz bir düz…
Məni çəkir qorxunc səhra.
Gedirəm bilmirəm hara.
Cavab almaq istəyirəm.
Haqlıdırmı Yanıq Kərəm?
Haqlıdırmı Dəli Məcnun?
Eşq yolunda bu nə Qanun?
Sevgi veriləndə bada
Lazımdırmı belə fəda?
Haqlıdırmı Dədə Qorqud?:
“Eli candan da əziz tut.
Hərbdə axan hər damla qan
Düşmənə verməsin aman”
Tapdım dəyəsən cavabı.
Qismət olmaz Sevgi Qabı
Varı sevən insanlara.
Həyət onlar üçün para.
Nadanın bu şüarı var:
“Bəxti pullu insan tapar.
Hər şeyi pul əldə edir.
Pul firavan günü güdür.
Puldadır şan, şöhrət, sərvət,
Qazanılan maddi nemət”.
Olsun, maddi nemət yenə!
Maddi olunmayan bəs nə?
Ölçmək olarmı həsrəri?
Yağılara bu nifrəti?
Eşq yolunda dəli andı?
Xəyanətdə zəyif bəndi?
Varlı da olmasaq da biz
Hakim olmaz bizə İblis!
Sonsuz bir nəfsinin Qulu
Nadan insan – İblis oğlu
Düşmənlə bərabər olar.
Onun hər verdiyi “Qərar”
El Obanı edər Talan!
Şahlıq edər böyük yalan!
Şahlıq edər böyül yalan!

Vışka qazetində 01 mart 2019-cu il tarixdə dərc olunub

 

Ustad

Bu dünya Fanidir kimə qalası

Övlada arxadır onun Atası

Əməllər içində bir güvvə də var

Çörəyə çatdıran ustad dühası

 

Vışka qazetində 2011-ci ilin 18 mart ayında dərc olunub.

 

 

Dua

I

Allah bizə yardım etsin

Pis niyyətlər ötüb getsin

Əməllə ölçülür insan

Hər gün, hər dəqiqə, hər an.

II

Allah zalımları qırsın

Düşmən öz qınına girsin

Dostlar elimizə gəlsin

Şər alışsın, xeyir gülsün

 

Vışka qazetində 2011-ci ilin 18 mart ayında dərc olunub.

 

 

Topla bizi

I

Anı ana, günü günə satan kəs,

Malı mala, dini dinə qatan kəs,

Əbəs yerə dərin quyu qazan kəs,

Məndən uzaq dolan barı, gəz barı

Tanrı sənə – Amin, versin dərs barı

II

Dağa daşa, işdən işə salan kəs,

Dili dildən, halı haldan alan kəs,

Yurdu seçən, yurd – yuvasız qalan kəs.

Məndən uzaq dolan barı, gəz barı

Tanrı sənə – Amin, versin dərs barı

III

Fürsət tapan, öz xeyrini güdən kəs,

Çörək üstə, öz yerlini didən kəs,

El obanı, qansız talan edən kəs.

Məndən uzaq dolan barı, gəz barı

Tanrı sənə – Amin, versin dərs barı

IV

Gözəl sözlər, ifadələr deyən kəs,

Nadanlıqdan haqq işini əyən kəs,

Millətinin keçmişinə dəyən kəs,

Məndən uzaq dolan barı, gəz barı

Tanrı sənə – Amin, versin dərs barı

V

Qoru Tanrı, bizi belə kəslərdən,

Cadu edən qaraşər nəfəslərdən,

Dinə yasaq adətlərdən, nəfslərdən,

Topla bizi, aramızda gəz barı,

Qəlbimizdə iblisləri əz barı.

 

Vışka qazetində 2011-ci ilin 18 mart ayında dərc olunub.

 

 

Cəza (Töhmət)

Sənədləri saydım, saydım

Hədəfləri əydim, əydim

“Cəzan Vardır-gözün aydın”

Fanidir bu dünya Fani…

 

Vışka qazetində 2011-ci ilin 18 mart ayında dərc olunub.

 

Ana

 

Ucadır hər şeydən oğlum

Məzlum bir Anannın andı.

Cənnət qapısında onun

Həkk olunmuşdur pak adı.

 

Analara səcdə edən

Olmaz kafir və ya nadan

Anadır hər şərtə gedən

Öz canını verən qurban.

 

Ananı saymayan övlad

Mühüm qadağanı pozur.

Hər görülən işi bərbad

Xeyri şərə iti yozur.

 

Ananı tutmayan oğul

Onu vara görə atar.

Nəfsə tabe olan bir qul

O dünyada cəfa tapar.

 

 

Vışka qazetində 2015-ci ilin 30 yanvar ayında dərc olunub.

 

Görünür ki, bu

1

Görünür ki, bu görüş eşqlə dolmadı.

Sevgimə yetişmək qismət olmadı.

Bir xiffət elədim, nəfsim doymadı.

Bir niyyət dilədim ismət qoymadı.

2

Görünür ki, bu hisslər hələ ölməyib.

Bağlanmış telləri həsrət bölməyib.

Yaddaşda gizlənib bir yuxu kimi.

Yolumu gözləyir bir ahu kimi.

3

Görünür ki, bu sevgi hələ sönməyib.

Arzular yolundan  geri dönməyib.

Uzaqdan görünür uca dağ kimi.

Qəlblərə nur saçır bir mayak kimi.

Görünür ki, bu…

Vışka qazetində 2015-ci ilin 21-30 aprel ayında dərc olunub.

 

 

İndi bildim ki

1

İndi bildim ki, yadlaşmışıq,

Nifrətlə hədləri aşmışıq,

Vaxtsız qaynayıb, hey daşmışıq

Sən bir yandan mən bir yandan.

2

İndi bildim ki, ayrılmışıq,

Dəli eşqdən gec ayılmışıq,

Sonsuz tənhalıqda  qalmışıq

Sən bir yanda mən bir yanda.

3

İndi bildim ki, barışmışıq,

Yeni  hislərlə alışmışıq,

Bir birimizə qarışmışıq

Sən bir yandan mən bir yandan.

 

İndi bildim ki…

 

Vışka qazetində 2015-ci ilin 21-30 aprel ayında dərc olunub.

 

Yaşa dolduqca

1.

Yaşa dolduqca usanıb küsürəm,

əllərimi arzulardan üzürəm.

Gördüm ki, vicdandan üstün paradır,

ağ qatığın rəngi indi qaradır.

2.

Yaşa dolduqca dərdimi düzürəm,

haqsızlığa təmkinlə hey dözürəm.

Gördüm ki, doğrudan üstün yalandır,

şadlıq edən indi qara böhtandır.

3.

Yaşa dolduqca özümü didirəm,

xoş xəbəri hey izləyib güdürəm.

Gördüm ki, halaldan üstün haramdır,

əsir Şuşam da sağalmaz yaramdır.

4.

Yaşa dolduqca əzilib gülürəm,

səcdə edib namazımı qılıram.

Gördüm ki, alimdən üstün nadandır,

üsyanların yeri indi meydandır.

5.

Yaşa dolduqca əriyib gedirəm,

səcdə edib qəlbdən niyyət edirəm.

Deyirəm – “Allahım bu zülm yamandır,

iblislərdən üstün Sahib Zamandır”!!!

 

Yaşa dolduqca…

 

Vışka qazetində 2015-ci ilin 19 iyul ayında dərc olunub.

 

 

 

 

Scroll to Top