a İnanıram

İnanıram

Mən, Xalqıma inanıram
Bu Xalq mətindir, mətin
Günü çətindir, çətin.
Güdrəti var, şanı var,
İnsafı var, qanı var,
Aranı var, düzü var
Gecəsi, gündüzü var,
Taleyi var, bəxti var,
Arzuların əhdi var,
Vətəni var, eli var,
Torpağına meyli var.
Adəti, əcdadı var,
Oğuzların adı var!
Mən, Xalqıma inanıram!
İnanıram, inanıram!

Scroll to Top