a Getdi

Getdi

Yaxşı günlər var idi
Yox olub, çıxdı getdi,
Kəlbəcərdə qar idi,
Çay olub axdı getdi.
Bilməmişik qədrini
Ağdamın bəxti getdi
Şuşa bir canan idi
Yandırıb yaxdı getdi.
Yiyəsizlik hökm sürür,
Ölkələr sağdı getdi,
Hər gələn bir şah idi,
Yığdığın yığdı getdi.
İqtidar qoşun yığır,
Erməni qalxdı getdi,
Hər gələn bir dağ idi,
Bayrağın taxdı getdi.
Ay camaat durmayın,
Dözməyin vaxtı getdi,
Ellərimiz var idi,
Qızlərın əhdi getdi.

Scroll to Top