a Qonaq

Qonaq

Şuşadan gəlir qonaq,
Üzü qara, üzü ağ,
Gətirir xəbər-xəbər
Yarı xeyir, yarı şər.
Yeriyir ağır-ağır,
Yeriyir igid, fağır,
Danışır yavaş-yavaş
“Azadlıq olaydı kaş.
Dəyişibdir güzaran,
Yarı dostluq, yarı qan,
Dözülməzdir bu zülmət,
Qalmadı dizdə taqət.
Baxımsız qaldı torpaq
Sahiblər oldu qonaq.
Atəşkəs davam edir
Cavanlar hərbə gedir… ”

Scroll to Top