a Xan Çayım Araz-Araz

Xan çayım Araz-Araz

Xan çayım Araz-Araz
Suyun var dayaz-dayaz
Düşmənim güclüdür çox
Yeri azdır, yeri az.
Sərhədi pozur quduz
Əyriyə söyləyir düz
Uydurur yalan-yalan
Hiyləsi var birə yüz.
Xan çayım Araz-Araz
Suyun var dayaz-dayaz
Suları döndər bəri
Sərhəddən sarı bir az.
Yarma yaralı bağrı
Birləşdir torpaqları
Ya bizi qoru Araz
Ya qəmdən quru barı.
Xan çayım Araz-Araz
Dərdim çox gumanın az
Cavanlar cavan getdi
Qanımız yerdə qalmaz.
Xan çayım Araz-Araz…

Scroll to Top