a Yenə də

Yenə də

Yenə də hislərə qapanıb söndün,
Yüklərə dözməyib ürəyin döndü
Yenə də dağlarda sərt külək əsdi
Baxışlar amansız doğradı, kəsdi.
Yenə də qəlbimdən röyalar keçir
Qarğalar qanımı hey içir, içir,
Yenə də çaqqallar hücumlar edər
Durmadan xeyrini, nəfsini güdər.
Yenə də yalanlar dolanıb gəzər
Ruhumu incidər, canımı əzər.
Yenə də gözlərim ümidlə baxır,
Qəmlərim çay kimi aramla axır.
Yenə də…

Scroll to Top