a Vətən

Vətən

Vətənsiz qürbətdə yaşaya bilmərəm
Vətəni görməmiş mən rahat ölmərəm
Vətəni sevməyən nadandır azı
Vətən hey dözür zalım Arazı.
Vətənim gözəldir, vətənim əziz
Vətənin paytaxtı Bakıdır, Təbriz
Vətəni sevməyən calladdır azı
Vətən oxudur kamanı, sazı.
Vətən torpağı-eşit mənimdir
Vətən-Anadır, Ana Vətənimdir
Vətəni sevməyən alçaqdır azı
Vətən səsləyir mərd oğlu, qızı.
Vətənə qayıdın nankor balalar
Vətən övladsız sönər, boğular
Yağı əlində sınar, bölünər
Qarışar torpağa silinib, ölər.

Scroll to Top