a Nazilərsə haqq

Nazilərsə haqq

Nazilərsə haqq, lakin üzülməz,
Bu haqsız dövran da oldu dözülməz
Saysız hesabsız yalançi vədlər
Niyə yeriyir ardı kəsilməz?
Quldurlar rəislik, ağalıq edir,
Var-dövlət naminə vəzifə güdür
Kafirlər çoxalır, törəyir iblis,
Satılır torpaqlar, namus, ar gedir.
Dinsizlər də yenə ordular düzür
Nadanlar Xalqımı incidir, üzür,
Həyatdan küsmüş də məzlum camaat
Ümidsiz baxışla seyr edir, süzür.
Xainlər bu dərdi dərk edə bilməz,
Şərəfsiz barışıq qəbul edilməz
Əzablar içində dilənçi əhli,
Günlərin birində-olar əzilməz!
Nazilərsə haqq, lakin üzülməz,
Şahidlik zirvəsi ucadır, ölməz
Azadlıq uğrunda birləşən millət
Qirilsada bəlkə, lakin ,Əyilməz!
Nazilərsə haqq, lakin üzülməz…

Scroll to Top