a Şər atma

Şər atma

Şər atma öz Xalqına, öz elinə
Pis baxma öz bağına, öz gülünə
Düşmən sevinər, yağı gülüb şad olar
Torpaq bölünər, özgələrə dad olar.
Şər atma öz Xalqına, öz elinə
Bağlama muradını yad belinə
Düşmən sevinər, yağı üzü ağ olar
Torpaq bölünər, millətinə dağ olar
Şər atma öz Xalqına, öz elinə
Uydurma ürəyini yad telinə
Düşmən sevinər, yağı kefi saz olar
Torpaq bölünər, kədər olar, yas olar.
Sər atma öz Xalqına, öz elinə
Hörmətlə yanaş adətinə, öz dilinə
Allahı tanı, vəfalı ol öz dininə
Düşmən sevinər, dövlər gedər, var olmaz
Torpaq bölünər, namus olmaz, ar olmaz.
Şər atma öz Xalqına, öz elinə…

Scroll to Top