Mən aşiqəm Qarabağ

Mən aşiqəm Qarabağ

Mən aşiqəm Qarabağ,
Yağışa bax, qara bax,
Mənim yarım ordadır
Dolanır məndən uzaq.
Mən aşiqəm Qarabağ,
Arana bax, dağa bax,
Təbiət yetişdirir
Qara gözlü, gül yanaq.
Mən aşiqəm, Qarabağ,
Qara telli tağa bax
Bir qız gördüm, yar bildim
Könlümü verdim nahaq.
Naz eləmə, mənə bax,
Gəl sallama qaşqabaq
Çox öyürsən özünü,
Güzgüyə bax, üzə bax.
Mən aşiqəm Qarabağ…

Scroll to Top