a Xudaya, Xalqımı qoru

Xudaya, Xalqımı qoru

Tanrı,
Səndən başqa bir kimsəyə
Qul olmayan kölədirmi?
Səndən başqa bir kimsəni
Çox sevməyən kölgədirmi?
Səni tanımayan dövlət
Bir firavan ölkədirmi?
Xudaya Xalqımı qoru,
Xudaya Xalqımı qoru.
Sənə inanmayan bir kəs
Kamildilmi, təmizdirmi?
Səni düşünməyən rəhbər
Öz Xalqına əzizdırmi?
Səni anlamayan Xalqın
Əməlləri izsizdirmi?
Xudaya Xalqımı qoru,
Xudaya Xalqımı qoru.

Scroll to Top