a Həyat oğlum

Həyat oğlum

Həyat oğlum, mübarizədir,
Onun yolu çətindir, bil
Sənin atdımların təzədir
Ağlama, göz yaşını sil.
Həyat oğlum, müharibədir,
Müharibə qəddar olur
Cəbbə yeri indi qərbdədir,
İnsanlar məhv olur, ölür.
Həyat oğlum, müqaisədir
Onunla ölçülür zaman
Dinsiz yerdə haqq bir hissədir
Şadlıq edir böyük yalan.
Həyat oğlum, bir möcüzğdir
Öyrən onu, mənim balam
Sərvət üzdədir, var üzdədir
İnsana dyildir qalan.
Həyat oğlum, böyük nemətdir
Qoru onu, qədrini bil
Azad olmaq da bir qismətdir!
Ağlama, göz yaşını sil.

Scroll to Top