Bu dərd məni yaman üzdü

Bu dərd məni yaman üzdü

Bu dərd məni yaman üzdü
Qansız yağı ordu düzdü
Şeytan nəfsiylə yandırdı
Süzgərlərdən süzdü, süzdü.
Bu dərd məni yaman üzdü
El obada gəzdi, gəzdi
Şikəstəm, dilənçiyəm mən
Yağı iblis asdı, kəsdi.
Bu dərd məni yaman üzdü
Yağı qələbələr çaldı
Allah da götürdü bunu
Ev-eşiyim kimə qaldı?
Bu dərd məni yaman üzdü
Qardaş qanı axtı, axtı
Sönərmi mənim ulduzum?
Dönərmi Xalqımın bəxti?
Bu dərd məni yaman üzdü…

Scroll to Top