Bu savaşın sonu yox

Bu savaşın sonu yox

Bu savaşın sonu yox,
Bu düşmənin qanı yox,
Qırılan bizdən oldu
Yiyəsi yox, canı yox.
Bu dərdin dərmanı yox,
Bu elin fərmanı yox,
Qırılan bizdən oldu
Dini yox, imanı yox.
Bu zülmün zindanı yox.
Adı yox, meydanı yox,
Qırılan bizdən oldu
Qatilin vicdanı yox.
Bu dövrün zamanı yox,
Bu günün amanı yox,
Qırılan bizdən oldu
Sabaha gümanım yox.
Bu savaşın sonu yox…

Scroll to Top