Xudaya

Xudaya

 

Xudaya, bəndəni etmə aciz, ac,

onun özündən də nadana möhtac.

Bəndəni gəl etmə zəif, uğursuz,

zalımlar içində məzlum, qürursuz.

Bəndəni Sən etmə fağır, unutqan.

Mərdləri qovmasın qara bir böhtan.

Bəndənə inam ver – ümid, əzəmət,

sonsuz dəyanət, dəli məhəbbət.

Bəndəni etməsin iblis amansız,

dininə imansız,  Sənə gümansız.

Xalqıma dəyməsin ondan xəta, şər.

Göydə də, yerdə də Sən varsan Rəhbər!!!

 

Vışka qazetində 2015-ci ilin 16-22 yanvar ayında dərc olunub.

 

Scroll to Top