a Olmaz

Olmaz

Qarabağda bağ olmaz,
Qara bəxtim ağ olmaz,
Qara düşmən dağ oldu,
Qara niyyət sağ olmaz.
Qara qoşunlar gələr,
Qırılar əsgər-əsgər,
Qarabağdan yayılar,
Qara uğursuz səfər.
Qarabağda toy olar,
Qız oğlana tay olar,
Qara döyüşdən sonra,
Yenilməz alay olar.
Saz götürüb söz dedim,
İgid ogul döz dedim,
Qara düşmən qarşında
Əyilməz Oğuz dedim.
Bu mənim elim-elim,
Şirin var dilim-dilim,
Ayrılmaz vətən olsun,
Solmasın dilim, dilim.

Scroll to Top