a Salam

Salam

Salam, küskünlər şəhri
Dilənçi Xalqım,
Salam, ümidsiz, şərli
Tapdanmış haqqım.
Salam, kefi kök, nankor,
Əli qədəhli,
Salam, məmur-rüşvətxor,
Alverçi əhli.
Salam, əli qabarlı,
Şəhid kölələr,
Salam, insafsız, varlı
Canlı kölgələr.
Salam, dolanbac, kirli,
Tozlu küçələr,
Salam, qara məkrli,
Qorxunc gecələr.
Salam, düşmənə qıymayan,
Atmayan əsgər,
Salam, ey mənim yurduma,
Çatmayan səngər.
Salam, bu zülmət gecəni
Aşıran səhər,
Salam, bu günün gerçəyi
Yenilməz rəhbər.

Scroll to Top