Topla bizi yeni

Topla bizi

I

Anı ana, günü günə satan kəs,

Malı mala, dini dinə qatan kəs,

Əbəs yerə dərin quyu qazan kəs,

Məndən uzaq dolan barı, gəz barı

Tanrı sənə – Amin, versin dərs barı

II

Dağa daşa, işdən işə salan kəs,

Dili dildən, halı haldan alan kəs,

Yurdu seçən, yurd – yuvasız qalan kəs.

Məndən uzaq dolan barı, gəz barı

Tanrı sənə – Amin, versin dərs barı

III

Fürsət tapan, öz xeyrini güdən kəs,

Çörək üstə, öz yerlini didən kəs,

El obanı, qansız talan edən kəs.

Məndən uzaq dolan barı, gəz barı

Tanrı sənə – Amin, versin dərs barı

IV

Gözəl sözlər, ifadələr deyən kəs,

Nadanlıqdan haqq işini əyən kəs,

Millətinin keçmişinə dəyən kəs,

Məndən uzaq dolan barı, gəz barı

Tanrı sənə – Amin, versin dərs barı

V

Qoru Tanrı, bizi belə kəslərdən,

Cadu edən qaraşər nəfəslərdən,

Dinə yasaq adətlərdən, nəfslərdən,

Topla bizi, aramızda gəz barı,

Qəlbimizdə iblisləri əz barı.

 

Vışka qazetində 2011-ci ilin 18 mart ayında dərc olunub.

 

Scroll to Top