Dini Şeirlər

Allah Kərimdir

1.
Ömür qısadır.
Dünya fanidir.
Dövlət, cəza da
Bil ki, anidir.

2.
Taleh qismətdir.
Əməl bəllidir.
Ürək də şərtdir.
Allah Alidir.

3.
Millət Xalqımdır.
Vətən canımdır.
Torpaq bir haqqdır,
Şəhid – qanıdır.

4.
Elim qaçaqdır.
Böhtan acıdır.
Qacar da Şahdır,
Şuşam Tacımdır.

5.
Bu dərd bir sirrdir.
Savaş bizimdir.
Allah da Birdir!
Allah Kərimdir!

Allah Kərimdir…

Vışka qazetində 01 mart 2019-cu il tarixdə dərc olunub

 

Allahu Əkbər! Zəfər Haqdadır!

 

1

Qanım qaradır, səndən küsmədim.
Dostlarımdan əlimi üzmədim.
Fəqət, yad edib, Qohumları mən
Tanrımdan ümidimi kəsmədim.

2

Rəngim sarıdır, səni görmədim.
Saçlarını da gecə hörmədim.
Uzağdan hey, gəmgin baxdım sənə.
Salam verdim, yanına girmədim.

3.

Könlüm o Qalada, o Bağdadır.
Düşmən yatağda, yarım otağdadır
Oğuzam! Dözmür ürəym Rəhbər!
Allahu Əkbər! Zəfər Haqdadır!
Allahu Əkbər! Zəfər Haqdadır!

«Вышка» qəzetində 01 mart 2019 – cu ildə dərc olunub

 

 

Tanrı Bizimlədir Rəhbər!

1.
Sənə inanmayan kafirdir.
Allah Kərimdir. Allah Birdir.
Şərik edənlərə nələt.
Səndədir ən böyük Qudrət.

2.
Yalnız Sənə səcdə etmək,
Haqq yolunu tutub getmək
Borcluyuq biz Uca Allah.
Bizdədir ən böyük günah.

3.
Bizdədir nadanlıq, yalan
Pis əməllərdən pay qalan.
Nəfsin qulu olanda biz
Hakimdir qəlblərə iblis.

4.
Acıdır, dözülməzdir şər.
Sönür Aləm, susur Bəşər.
Səhər də açılır daha.
Dua etdim mən Allaha.

5.
Niyyət tutdum mən sübh çagı.
Dedim – Qaytar Qarabagı.
Haqqdan Bir Yol bizə Sən düz.
Qoy oyansın Dəli Oguz!

6.
Göy alışşın, qopsun Tufan!
Fəgan etsin, yağı Fəqan!
Bu Dərdə Çox Dözdük Yetər!
Tanrı Bizimlədir Rəhbər!

Tanrı Bizimlədir Rəhbər

Vışka qazetində 2016-cı ilin 07 oktyabr ayında dərc olunub

 

Tanrım, Sənin qulunam mən

1.
Mənə ümid ver, ünvansızam…
Sonsuz inam ver, gümansızam…
Öz Yarımı ver, dərmansızam..
Tanrım, Sənin qulunam mən…

2.
Mənə bir yol ver, kərvansızam…
Özəl bir gül ver çəmənsizəm…
Öz Qarımı ver, kəməndsizəm…
Tanrım, Sənin qulunam mən…

3.
Mənə bir güc ver imkansızam…
Dəli uğur ver, zamansızam…
Öz Günümü ver, cahansızam…
Tanrım, Sənin qulunam mən…

4.
Mənə bir yer ver, meydansızam…
Elsiz, obasız, ümmansızam…
Öz Haqqımı ver, fərmansızam…
Tanrım, Sənin qulunam mən.

5.
Mənə savaş ver, təkansızam…
Dərdə əlac ver, məkansızam…
Öz yurdumu ver, Amansızam!
Tanrım, Sənin qulunam mən!

Tanrım,Sənin qulunam mən!

Vışka qazetində 2016-cı ilin 07 oktyabr ayında dərc olunub.

 

 

Xudaya

 

Xudaya, bəndəni etmə aciz, ac,

onun özündən də nadana möhtac.

Bəndəni gəl etmə zəif, uğursuz,

zalımlar içində məzlum, qürursuz.

Bəndəni Sən etmə fağır, unutqan.

Mərdləri qovmasın qara bir böhtan.

Bəndənə inam ver – ümid, əzəmət,

sonsuz dəyanət, dəli məhəbbət.

Bəndəni etməsin iblis amansız,

dininə imansız,  Sənə gümansız.

Xalqıma dəyməsin ondan xəta, şər.

Göydə də, yerdə də Sən varsan Rəhbər!!!

 

Vışka qazetində 2015-ci ilin 16-22 yanvar ayında dərc olunub.

 

 

 

 

Scroll to Top