a Səni düşünürəm

Səni düşünürəm

Səni düşünürəm mənim gözəlim,
İzin ver ki, yenə yanına gəlim,
Əlçatmaz zirvəyə bir yaxınlaşım
Yenə də, səni mən sevim, alışım.
Səni düşünürəm mənim gözəlim,
İzin ver ki, yenə yanına gəlim,
Sakitcə yanında dinim, danışım
Hərdən zarafatla həddimi aşım.
Səni düşünürəm mənim gözəlim,
İzin ver ki, yenə yanına gəlim,
Dalaşım səninlə bir də barışım
Sənin işlərinə daim qarışım.
Səni düşünürəm mənim gözəlim,
İzin ver ki, yenə yanına gəlim,
Qəlbini arayıb eşginlə coşum
Mənim son təsəllim, baharım, qışım.
Səni düşünürəm mənim gözəlim,
İzin ver ki, yenə yanına gəlim,
Bu hislər içində qaynayıb daşım
Yaşayım səninlə, Mənim Sirdaşım.
Səni düşünürəm mənim gözəlim…

Scroll to Top