İthaflar

İthaflar

*****
Xudaya! Bəndini
Etmə aciz, ac
Onun özündən
Nadana möhtac.
*****
Bu dünya bir pəncərədir
Ona baxan bişarədir
Zavallı xalqımında
Ümidi bir xəncərədir.
*****
Taleyin qəribə qanunları var,
Qismətlə insanı hər zaman sınar,
Kimə bəxş edəcək qızıldan bir tac
Kimini edəcək kiməsə möhtac.
******
Mən aşiqəm Ağdama,
Qara dama, ağ dama,
İtirsəm də çoxlu qan,
Kəsilməyib şah damar.
*****
Mən aşiqəm mən ölüm,
Haqlayır məni ölüm,
Qovdular gülə-gülə
Az qala namərd olum.
46
*****
Bu qala mənim qalam
Son döyüşə az qalar
Yiyəsiz yerdə yağı
Evimdə tonqal qalar.
*****
Əsən bir yel mənim ahımdır,
Axan bir çay mənim çağımdır,
Ötən bir il mənim dağımdır,
Sənsizəm Xan Şuşam mənim.
*****
Yoxdur dünyada faydasız sənət,
Ruzusuz çörək, xeyirsiz zəhmət,
Vardır yalançı, nadan, inadkar,
İşini sevməyən saxta sənətkar.
*****
Dostluğun üç rəmzi, şərti vardır,
Dostluq rəmzi-namus. qeyrət, ardır,
Şərti-sonsuz inam, ümid bir də
Dost qəbrində-açılmayan sirdir.
*****
Hərdən, belə də işlərim olur
Qəmdən yaşarır, gözlərim dolur
Tənhalıq sıxar ruhumu yaman
Sevgisiz qəlbim, baxışım solur.

Scroll to Top