Bu Millət

Bu millət

Bu millət düzələn deyil
Haqqına düz gələn deyil,
Ümidsiz bir zülmün yiyəsi
Düşmənə diz gələn deyil.
Bu millət sel sevən deyil
Dağ sevən, mill sevən deyil
Şərəfsiz bir sülhün yiyəsi
Yurd sevən, el sevən deyul.
Bu millət qocalan deyil
Torpaqdan güc alan deyil
Mənasız bir ömrün yiyəsi
Tanrıya ucalan deyil.
Bu millət zor baxan deyil
Rüşvətə xor baxan deyil
Azacıq bir qazanc yiyəsi
Düşmənə xar baxan deyil.
Bu millət zəhmətsiz deyil!
Birlikdə hörmətsiz deyil!
Yiyəsiz bir elin yiyəsi
Allahsız deyil, rəhmətsiz deyil!

Scroll to Top