a Mənim xalqım

Mənim Xalqım

Mənim Xalqım dağ olubdur, dağ olub,
İgid-igid doğulubdur, doğulub,
Oğuz gözü tox olubdur, tox olub,
Qara düşmən, torpağımdan pay olmaz,
Yağış yağıb, sel-sel olub çay olmaz.
Mənim Xalqım qoç olubdur, qoç olub,
Zaman-zaman koç olubdur, koç olub,
İgidlərdə güc olubdur, güc olub,
Qara düşmən, hiylələrin donu var,
Əməllərin cəzası var, sonu var.
Mənim Xalqım saf olubdur, saf olub,
Alnı açıq ağ olubdur, ağ olub,
Qarabağım bağ olubdur, bağ olub,
Qara düşmən, nə gözlərin dikirsən
Torpağımda evlərini tikirsən.
Mənim Xalqım düz olubdur, düz olub,
Düşməninə buz olubdur, buz olub,
Gücü birə yuz olubdur, olub,
Qara düşmən, uzaq dolan gəz barı,
Hünəri var oğuzların, var arı.
Mənim Xalqım mərd olubdur, mərd olub,
Pis niyyətlər pərt olubdur, pərt olub,
Neçə-neçə dərd olubdur, dərd olub,
Qara düşmən, bəstir səbrimi saydın
Haydı İgidlərim! Yolumuz aydın!

Scroll to Top