Elxan Cəfərov Haqqında

Elxan Orxan oğlu Cəfərov 1955-ci il 20 mart tarixində Bakı şəhərində anadan olmuşdur. Yazdığı şeirlər 1990-cı ildən etibarən mütəmadi olaraq "Вышка" qəzetində və "Sözün işığı" jurnalında dərc olunmağa başlamışdır. Poeziya fəaliyyətinin nəticəsi olaraq 1999-cu ildə "Душа надеждами живет" (rus və Azərbaycan dillərində), 2003-cü ildə "И нет границ просторной мысли" (rus və Azərbaycan dillərində), 2005-ci il "Мой вечный друг, мой бог земной" (rus dilində) şeirlər toplusu da dərc olunmuşdur.
Öz şeirlərində sevgini, dürüstlüyü, vətənpərvərliyi tərənnüm edən E.Cəfərov 1986-cı ildən alim iqtisadçı kimi müxtəlif məsul vəzifələrdə çalışmışdır. Hazırda Azərbaycan Respublikası Maliyyə Nazirliyində fəaliyyət göstərir.

Scroll to Top