Şərqdə ilk olaraq qızlardan ibarət Azərbaycan xalq çalğı ansanblını yaradan tar ifaşılıq sənətinin mükəmməl ifaşısı – qadın tarzən Ceyran Haşımova

Şərqdə ilk olaraq qızlardan ibarət Azərbaycan xalq çalğı ansanblını yaradan tar ifaşılıq sənətinin mükəmməl ifaşısı – qadın tarzən Ceyran Haşımova

 

İncəsənət daim insanları müxtəlif rəngarəngliyi ilə seçilən saflığaülviliyəzərifliyə səsləndirdiyi üçün onların ruh aləmlərini məhramanə duyğuları ilə yeniləşdirən və beləliklə   mənəvi dünyasını kamilləşdirə bilən bir ilahi nemətdir. Milli və dini adət – ananələrə əsaslananlakin milliyyətindən və dinindən asılı olamayaraq Allahın yaratdığı insanların idrakı ilə dərk olunduqdan sonra tanınan bu nemətin adı isə,  gözəllikdir. 

Adi insanlardan fərqli olaraq, incəsənət aləmində ad-san qazanmış dünya şöhrətli korifeylər öz sənətləri ilə qeyri-ixtiyarı insanların sağlamlığına və qəlbinə nüfuz etdiyi üçün Allaha daha yaxın hesab olunurlar.  

Hazırladığımız məqalə Azərbaycan musiqiçi qadınlarımızın tar ifaçılıq sənətinə həsr etdiyini nəzərə alaraq, burada xalq yaradıcılığından süzülüb gələn konkret tarixi mənbələrə əsaslanmaqla onların iştirakı ilə şərq mədəniyyəti estetik təfəkkürünün inkişafına təsir göstərən milli musuqimizin mühüm rol oynadığı qeyd  olunmalıdır. 

Belə ki, Azərbaycan millətinin soykökündə mühüm rol oynayan Qğuz boyundan olan Turkmanların – Səlcuq hökmdarı Sultan-Səncərin dövründə, onun sarayında uzun müddət yaşayıb yaradan böyük şairə, XI əsr rübayi ustadı Məsxəti Gəncəvi insanların ürəklərini təkcə şeirləri ilə deyil, həmçinin kamançada və udda öz təkrarolunmaz, fövqəladə çalqısı ilə heyran etmiş və bununla da bütün çərq dünyasında məşhurlaşmışdır. 

Azərbaycan Türklərinin XII-XIX qurduduğu imperialar dövründə, osmanlı (türk), ərəb, rus, avropa ölkələrinin mənbələrində də azərbaycanlı qadınlarımızın musiqi sahəsində fəaliyyət göstərməsi barədə məlumatlara rast gəlmək olar.  

Lakin XX əsdən başlayaraq qadın müsiqi sənətkarlarımızın inkişafında, onların musiqi sahəsində fəaliyyətinin şahələnməsini, öz dəsti-xətdi ilə formalaşdırılması və təkmilləşdirilməsi, nəticədə isə dünyada tanınmasını da xüsusi qeyd etmək lazımdır.  

Göstərilən dövrdə qadının ictimai varlıq kimi özünü dərk etməsi naminə Üzeyir Bəyin dühası ilə  ilk mədəniyyət ocaqlarının təşəbbüskarları – incəsənət təhsili almış istedadlı, qabaqcıl düşüncəli və geniş dünyagörüşünə malik olan insanlar tərəfindən qadınlar üçün musiqi məktəbləri mədəniyyət mərkəzləri böyük vüsətlə açılmağa başlandı. Buna nümunə olaraq, qadın mədəniyyət işçiləri və incəsənət xadimlərinin yetişməsində, habelə püxtələşməsində mühüm rol oynayan 1922-ci ildə açılan musiqi məktəbini, bir neçə ildən sonra isə Ə. Bayramov adına Mərkəzin təşkil olumasını göstərmək olar.  

Burada, yaranmış ilk musiqi kollektlərindən xalq musiqimizdən, yeni-yeni bəstəkar əsərlərinin təqdimatından qaynaqlanan, öz konsert proqramları ilə musiqisevərlərin diqqətini cəlb edən və rəğbətini qazanan istedadlı tarzən C.Hacıbəyovun rəhbərliyi ilə “Tarçı qızlar” və Q.Hüseynlinin rəhbərliyi ilə “Sazçı qızlar” ansablların fəaliyyətlərinin göstərilməsini qeyd etmək lazımdır. 

Dinləyiciləri valeh edən sözügedən ansablların xarakterik amilləri ilə dolu özünəməxsus, təkrarolunmaz rəngərəng çıxışları Azərbaycanda yeni musiqi kollektivlərin yaranmasına, uğurla fəaliyyət göstərilməsinə və beləliklə də bu sənətə yeni qadın qüvvələrin geniş axınına səbəb olmuşdur. 

Artıq, 1950-ci illərdə musiqimizin ayrı-ayrı sahələrimizdə onlarda xalq musiqimizin mahir ifaçıları yetişib püxtələşmiçdir. Onların hər birisi öz yaradıcılıq fəaliyyəti və təkrarolunmaz ifaçılıq tərzi ilə dinlayicilərin qəlbində əbədi yuva salmış və el arasında adları dərin hörmət və ehtiramla çəkilməyə başlamışdır. 

Burada, Azərbaycan incəsənətinin inkişafında əhəmiyyətli rol oynamış milli musiqimizin qızıl fondunu yaradan, xalq tərəfindən sevilən və milli musiqimizi Azərbaycan hüdunlarından kənarda layiqincə təbliğ edən Şövkət Ələkbərova, Nükazban İsmayılova, Sara Qədimova, Rübaba Muradova, Yavər Kələntərli, Həqiqət Rzayeva kimi görkəmli müğanniləri yad etmək yerinə düşərdi. Elə həmin dövrdə istedadlı bəstəkar qadınlarının adlarına da tez-tez təsadüf edilməyə başlanır. Buna nümunə olaraq, Ağabacı Rzayevanı və Şəfiqə Axundovanın yaradıcılıq fəaliyyətini qeyd etmək olar. 

 Qədim musiqi alətlərimizin sırasında möhtəşəm yeri olan, el arasında Sadıqcan kimi tanınan Azərbaycan Tarının Atası Mirzə Sadıq Əsad oğlu tərəfindən 1875-1878 illərdə rekonstruksiya olunmuş yeni Tarın ifaçılıq sənətinə qəldikdə isə qeyd etmək lazımdır ki, bu işdə kişi tarzənlərlə yanaşı, qadın tarzənlərin də əməyi az olmamışdır. 

Göstərilən dövrdə azərbaycanlı qadınlarının musiqi sahəsində geniş iştirak olunmasına baxmayaraq, müəyyən ənənəvi baxışlar və adətlərlin təsirləri ilə bağlı, onların fəaliyyəti – yəni ansabl şəklində qadınlardan ibarət olan musiqiçılərin müşayiəti ilə müğənnilərin ifaları səslənmirdi.  

Göstərilən meyar əsasında azərbaycanlı qadınlarının musiqi sahəsində yaradıcılıq fəaliyyətinin davam edilməsi Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin (indiki Bakı Musiqi Akademiyası nəzdində Musiqi Kollecin) istedadlı tar müəlli Ceyran Haşımovaya nəsib olmuşdur. 

Ceyran Haşımova 1934-cü ildə martın 8-də Bakıda incəsənət fəaliyyəti ilə məşğul olan ziyalı ailəsində anadan olmuşdur. 

Ceyran xanımın tar ifaçılıq sənətinə bağlılığını həm irsən, həmdə atasının öz sənətinə olan sonsuz məhəbbətinin təbliği ilə qiymətləndirmək olar. Verdiyi müsabələrinin birində, o tar kimi ecazkar musiqi alətinə vurğunluğunu belə əsaslandırmışdır: “İncəsənətdə musiqiyə həvəs mənə irsən keçib. Lənkaranda el şənliklərindəgözəl qarmon çalan və xanəmdəlik edən ata babam Nəhmətulla bəy, əmilərim rəssam və oxuyan və nəhayət Əsəd.  

Atam muğamlarımızın və eyni zamanda bütün Azərbaycan musiqi alətlərinin ifaçısı olmuçdur. (xüsusən tar və tütək) Bundan başqa atam aktyor və rejistor vəzifəsində də çalışmışdır. O, görkəmli H.Sarabskinin tələbəsi olmuşdur. İlk nar müəllimim atam olmuşdur.  

Füzuli poeziyasının vurğunu olan atam dahi şairimizin bir şox qəzəllərini özünəməxsus intonasiya ilə əzbərdən deyir, gözəl məlahətli səsi ilə muğam oxuyardı.”   

Bütün bunlar, Ceyran xanımın hayat yolunu müəyyən edərək, ona böyük uğurlar gətirəcək tar ifaşılıq sanətinin başlanğıcına yol açdı. Orta təhsilini şəhər 32 nömrəli məktəbi bitirdikdən sonra o atasının incəsənət sahəsində fəaliyyətini davam etmək məqsədi ilə 1952-ci ildə Asəf Zeynallı adına  musiqi məktəbinin tar sinifinə qəbul edilmişdir. 

Ata və övladın tara olan sonsuz məhəbbəti onların birgə fəaliyyətinə – yəni Ceyran xanımın Müslüm Maqomayev adına Azərbaycan  Dövlət Filarmoniyasında və Dövlət Konsert birliyində atası ilə çiyin-çiyinə uzun müddət işlənməsinə səbəb olmuşdur. Bu müddət ərzində Ceyran xanım böyük zəhmət və səylər hesabına tarın sirləlinə yiyələnmiş və mahir tarzən kimi püxtələşmişdir. 

Elə o vaxtdan bəri ömrünün əlli ildən artıq musiqimizin təbliğinə və inkuşafına həsr edən Ceyran Haşımovanın bu qədim alətlə sirdaşlığı başlamış, xalq da tarzən qızı və onun tarla ifa etdiyi musuqi parçalarını diqqətlə izləmiş və heyranlıqla qarşılayırdı.  

Ceyran xanım Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini əlaçı diplomu ilə 1956-ci ildə bitirdiyinə görə, o həmin məktəbdə bir müddət müəllim kimi fəaliyyət göstərmişdir.  

Ceyran xanım Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində “Saz” qrupuna 1959-cu ildə daxil olduqdan sonra, o 4 sazçı qızdan ibarət olan həmin qrupun konsertmeysteri kimi fəaliyyət göstərmişdir.  

Ceyran xanımSadıqcanın Azərbaycan xalq musiqisinin və muğamların xüsusiyyətlərini nəzərə almaqla 1875-1878 illərdə tar alətinin quruluşunda köklü dəyişiklər aparması nəticəsində modernləşdirilmişklassik muğamlarımızın mükəmməl ifasını təmin edən yeni tarımızdan və 1931-ci ildə Azərbaycan musiqi mədəniyyətimizin banisi böyük Üzeyir Hacıbəyov tərəfindən yaradılan Azərbaycan xalq çalğı alətləri orkestrində həmin tarlardan bu günə kimi aparıcı alət kimi istifadə olunması novator yanaşmasından, beləliklə də milli musiqimizin  yüksək ifaçılıq səviyyəsinə qaldırılmış konseptual yeniliklərdənbəhrələnərək, yalnız qızlardan ibarət olan sözügedən musiqili ansablın yaranması barədə düşünməyə başladı. 

Gərgin zəhmət və səylər nəticəsində aparılan axtarışlar özünü çox gözlətmədi. Nəhayət, 1964-cü ilin martın 8-də Şərqdə ilk dəfə olaraq Musiqi Kolledcində təhsil alan kamançaçaln qızlardan ibarət “Lalə” adlı Azərbaycan xalq çalğı ansablı yaranmışdır. Sonradan bu ansabla bir qarmonçalan qız da dəvət olundu. 

Yeri gəlmişkən Ceyran Xanım gülləri, xüsusən laləni çox sevdiyi üçün, onun tərəfindən qızlara təklif edildikdən və qızlarla razılaşdırdıqdan sonra ansanbla verilmişdir. 

Ceyran xanımın verdiyi müsahibələrin birində qeyd edildiyi kimi, ansablın ilk qarmonçalanı, hazırda Zığ qəsəbəsində yaşayan Leyla Şıxıyeva olmuşdur. İlk tarçalan qız isə, onun tələbəsi, hazırda Sumqayıt şəhərinin Musiqi Kolledcində dərs deyən müəllim – Təcrübə Sultanova idi. 

Ceyran xanımın 50 ildən artıq rəhbərlik etdiyi bu ansablda yüzlərlə istedadlı azərbaycan qızları yetişdirilmiş və sonradan onlar kamil sənətkar kimi incəsənətdə müstəqil fəaliyyətini davat etmişdirlər.  

Məhz bu baxımdan “Lalə” Qızlar Ansamblında yetişib, püxtələşmiş milli ifaçılıq sənəti ilə respublikamızda və onun kənarında şəhrət tapmış Nisə Qasımova, Nəzakət Məmmədova, Firuzə İbadova, Ruhəngiz Allahverdiyva, Təaranə Vəlizadə, Məxrux Muradova, Kamalə Rəhimova, Rəhilə Bəndəliyeva, Yaqut Abdullayeva, Zöhrə Abdullayeva, Sahibə Əhmədova kimi istedadlı müğənnilərinAzərbaycan musiqi mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlərini qeyd etmək lazımdır.  

Hazırda onların arasında Nisə Qasımova Xalq Artisti, qalanları isə Əməkdar Artisti fəxri adlarına layiq görülmüşdrlər. Həmin qızlardan böyük əksəriyyəti, hazırda təcrübə və bacarıq toplamış mütəxəssis olaraq respublikamızın musiqi məktəblərimizdə müəllimlik edirlər. 

“Lalə” Qızlar Ansamblın inkişaf yolunu respublikada və onun kənarında kiçirdiyi çıxışları ilə qiymətləndirmək olar. 

Belə ki, tanınma mərhələsində ansabl 1966-cı ildən 1971-ci ilədək Azərbaycan Dövlət Televiziya və Radio komitəsinin nəzdində çıxışları ilə fəaliyyət göstərilirdi. Artıq xalq tərəfindən bəyənilib, sevilib və məşhurlaşan ansabl qastrollara çıxmaq üçün 1971-ci ildən 1978-ci ilədək Dövlət Filarmoniyasının nəzdində, 1978-ci ildə Dövlət Konsert Birliyi Yaradıldıqdan sonra isə həmin Birlikdə 1992-ci ilədək fəaliyyətini davam etdirmiş, əksər vaxtını xarici səfərlərdə yadda qalan şıxışları ilə Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə tərənnüm və təbliğ edirdi. 

Onlarla birgə 50 ildən artıq fəaliyyətini qiymətləndirərkən Ceyran xanım, şərəflə  

Keçdiyi həyat və yaradıcılıq yolunu xatırladaraq demişdir: “… bu ansambla görə mən bir övladla kifayətlənməli oldum. Mən həqiqətən “Qəhrəman ana” adına layiq qadınam. Çünki bu qədər qızın nazına, şıltaqlığına dözmüşəm…” 

Azərbaycan musiqi sənətinə etdiyi əvəzsiz xidmətlərə və verdiyi töhfələrə görə Ceyran Haşımova 1987-ci- ildə Əməkdar artisti, 2006-cı ildə isə Xalq Artisti fəxri adına layiq görülmüşdür. 

 

12 oktyabr 2018 –ci ildə «Вышка» qəzetində dərc olunmuşdur.

Scroll to Top