Vamiq Məmmədəliyev

Klassik muğam ifaçılıq sənətimizi aydınlıqla səsləyən və onu yad təsirlərdən qoruyan Tarzən Vamiq Məmmədəliyev

Müasir milli tar ifaçılıq sənətimizin inkişafında möhürünü qoymuş tanınmış nümayəndələr arasında tarzən Vamiq Məmmədəliyevin özünəməxsus ifa üslubu ilə seçilən yaradıcılıq fəaliyyətini qeyd etmək lazımdır.

Qədim və məşhur ziyalı nəslinə mənsub olan Vamiq Məmmədəliyev 1946-cı ilin avqust ayının 9-da Bakı şəhərinin Kürdaxanı qəsəbəsində (kəndində) anadan olmuşdur. Belə ki, Vamiq Müəllimin Ulu Babası XIII əsrdə yaşayan Şərqin dahi alimlərindən biri – fizik, təbib, iqtisadçı, coğrafiyaşünas, musiqişünas, filosof, astroloq, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı, hüquqşünas və dövlət xadimi Xoca Nəsrəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi idi.

Böyük Nəsrəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı oğlanları atalarının yaradıcılıq yolunu davam etdirməklə incəsənətə bağlı şəxsiyyətlər olmuş və muğama, şərq ədəbiyyatına olan bu bağlılığını öz xələflərinə layiqincə ötürməyə müvəffəq olmuşdular.

XIV əsrdə Nəsrəddin Tusinin nəvə-nəticələri Marağadan Ordubada köçdükdən sonra Azərbaycan Türklərinin yaratdığı Səfəvilər dövründə, onların bir sıra nümayəndələri dövlət vəzifələrində çalışamış və milli məfkurənin formalaşmasında müəyyən rol oynamışdılar.

Hazırda böyük səcərəyə malik olan Nəsrəddin Tusinin çoxlu sayda varisləri Azərbaycan Respublikasında və İran İslam Respublikasında yaşamaqdadır.

Təbii ki, şöhrətli ziyalılar ailəsində boya başa çatmış Vamiq Müəllim hələ uşaqlıq illərindən milli musiqi aləminin tacı sayılan muğamın sehri ilə qidalanaraq, onun ecazkar təsirini özündə tar vasitəsi ilə daha mükamməl ötürüldüynü dərk etdikdən sonra, simli alətlərdən tara üztünlük verdi.

Burada, Vamiq Müəllimin verdiyi müsahibələlərinin birində yaradıcılıq fəaliyyətinin seçimi ilə bağlı xatırələrinin bölüşdürülməsi yerinə düşərdi: “Bəri başdan deyim ki, ümumiyyətlə, bizim evdə muğama böyük maraq olub. O vaxtlar hər bazar günü günorta saatlarında radioda Seyid Şuşinskinin, Zülfi Adıgözəlovun, Mütəllim Mütəllimovun, Əbülfət Əliyevin, Həqiqət Rzayevanın, Yavər Kələntərlinin iştirakı ilə muğam konserti olurdu. Biz də atamla (adı Məmmədəli idi) birgə bu konsertləri dinləyirdik. Belə günlərimizdə atam bizə muğamı daha ətraflı başa salırdı. O, Şərq ədəbiyyatını da yaxşı bilirdi. Hə, onu da deyim ki, gözümü açandan evimizdə “Quran” avazı eşitmişəm”. Mənim ana babam seyid ailəsinə mənsub olub. O zamanlar bizim Kürdəxanıda keçirilən toylarda iştirak edəcək xanəndələrin adları 6 ay əvvəlcədən məlum olardı. Odur ki, onların yolunu həsrətlə gözləyərdik. O ki qaldı konkret sualınıza… Atam tarzən olmayıb. Əgər belə demək mümkünsə, tarı sevən, onu özünəməxsus şəkildə ifa edən bir şəxs olub. Heç onun müəllimi də olmayıb. Özü öyrənib. Onu da deyim ki, o vaxtlar əksər ziyalıların evlərində tar olardı. Bizim evdə (ailədə 8 uşaq olmuşuq), demək olar ki, hamı tarı dilləndirə bilirdi. Lakin bu sənətin dalınca gedən yalnız mən olmuşam” .

Təsədüfi deyil ki, tara olan bu marağını və sevgini görən Vamiqin atası, ixtisas üzrə can həkimi – doktor Məmmədəli 1926-cı ildə aldığı tarını ona bağışladı.

Beləliklə də, irsən və qan yaddaşı ilə müsiqiyə, xüsusən Azərbaycan muğamına bağlı olan və meyil göstərən Vamiq Məmmədəliyev tar ixtisası üzrə ilk musuqi təhsini Kürdaxanı qəsəbəsindəki musuqi məktəbində almağa başlayır.

Tar ixtisası üzrə müəllimi Dərdayıl Aydəmirovdan bu alətin incəlilklərini öyrənildikdən musiqi məktəbini bitirdirən Vamiq Məmmədəliyev 1967-ci ildən 1970-ci ilədək Bakı Mədəni Maarif Texnikumda, 1972-ci ildən 1976-cı illədək isə, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumda (hazırda Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kolleccində) musiqi təhsilini davam etdirdi.

Göstərilən müddət ərzində təhsil aldığı musiqi ocaqlarında Vamiq Məmmədəliyevin müəllimləri – Bakı Mədəni Maarif Texnikumda Ramiz Aşurbəyli, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumda not ixtisası üzrə görkəmli pedaqoq-tarzən, bəstəkarlıq fəaliyyətində Üzeyir Həcıbəyov ənənələrinə sadiq olan Adil Gəray Məmmədbəyli, muğam üzrə isə Vamiq müəllimin tarzən kimi yetişməyində müstəsna rol oynayan tar ifaçılıq sənətinin görkəmli şəxsləri Əhməd Bakıxanov və Bəhram Mənsurov olmuşdurlar.

Məhz bunun nəticəsində Vamiq Məmmədəliyevin peşəkar ifaçı kimi səhnə fəaliyyətində tanınması 1976-cı ildən təsadüf etməyə başlamışdır.

Gənc tazənin bu qabiliyyətini görən tar ifaşçılıq sənətinin bilicisi – Xalq Artisti Hacı Məmmədov, onu həmin ildə rəhbərlik etdiyi ansabla dəvət etdi.

Müsiln Maqomayev adına Azərbaycan Dövlət Filanmoniyasının bədii kollektivlərdən olan olan biri bu ansablda vamiq Məmmədəliyevin günü gündən artan ustalıqla uğurlu çıxışları musiqi ictimayati tərəfindən yüksək qiymətləndirilmiş və bəyənilmişdir.

Beləliklə də, qısa müddət ərzində tarın incəliklərinə yiyələnən və peşəkar tarzən kimi tanınan Vamiq Məmmədəliyev bilik və bacarıqlarını təkmilləşdirilməsi məqsədi ilə 1980-ci ilə Üzeyir Həcıbəyov adına Azərbaycan Dövlət Konsrvatoriyasına (hazırda Bakı Musiqi Akademiyasına) daxil olmaqla musuqi təhsilini davam etdirir. Burada tarzənin sənət müəllimləri – tar ixtisası üzrə görkəmli pedaqoq-tarzən, sənətşünaslıq namizədi, profossor Oqtay Quliyev, dirijorluq ixtisası üzrəisə pedaqoq-dirijor, dosent Namiq Nəbiyev olmuşdular.

Konservatoriyada 1980-ci ildən 1985-ci ilədək ali təhsilini aldığı müddətdə Vamiq müəllim gərgin əməyin sayəsində tarda klassik musiqimizin tacı olan muğamların incəliklərini, habelə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin xüsusiyyətlərini dərindən öyrənərək, tarın ifaçılıq sənətinin sirlərinin yiyələməyə müvəffəq olmuşdur.

Burada. Vamiq müəllimin yaradıcılıq fəaliyyətindəsolo ifaçı-tarzən, müşayiətçı-tarzən kimi böuük müfuz qazanmış naliyyətlərini, habelə onun tar ifaçılıq sənətinin təbliği və inkişafında olan rolunu qeyd etmək lazımdır.

Vamiq Məmmədəliyev, el arasında Sadıqcan kimi tanınan Azərbaycan Tarının Atası Mirzə Sadıq Əsad oğlunun artıq Milli Tarımızla klassik muğamlarımızın ifasını təmin edən yaratdığı məkdəbindən və bu məktəbin layiqli davamçıları olan dünyada tanınmış və Respublikamızda ad-san qazanmış ustad sənətlarlarımızın yaradıcılıq fəaliyyətindən bəhrələnmişdir.

Maestro Vamiq müəllimin solo ifasında mükəmməl səslənən bir sıra muğamlarımız – “Rahab”, xaric-segah”, “Şur”, “Nəva”, “Bayatı-Şıraz”, “Hümayun”, Baytı-Qacar” lentə yazılmış və həmin yazılar fonotekamızın qızıl fonduna daxil olmuşdur.

Vamiq müəllimin yardıcılığının keyfiyyəti, həmçinin müşayiətçi-tarzən kimi fəaliyyət göstərməsi ilə bağlıdır. O muğam sənəti sahəsində bir çox respublikamızda ad-san qazanmış ustad xanəndələri tarla, o cümlədən Əbülfət Əliyevi, Yaqub Məmmədovu, Hacıbaba hüseynovu, Ramiz Hacıyevi, Vahid Abdullayevi, Səxavət Məmmədovu, Ağaxan Abdullayevi, Tələt Qasımovu,Arif Babayevi, Canəli Əkbərovu, Ağababa Novruzovu, Əlibaba Məmmədovu, Şahmalı kürdoğlunu. Sabir Mirzəyevi, Alim Qasımovu, Zabit Nəbizadəni, Qəndab Quliyevanı, Səkinə İsmayılovanı, Könül Xasiyevanı Aygün Bayramovanı müşayiət etmişdir.

Tarla xanəndələrin ifasını müşayət edilməsi zamanı, burada Vamiq Məmmədəliyevin xanəndə ilə anasabl arasında keyfiyyətli və anlaşıqlı bir birini tamamlayan vəhdəti yaratmaq bacarığını qeyd etmək lazımdır.

Buna misal olaraq, bir tarzən-müşayiətçi kimi özündə sözügedən yüksək peşakar xüsusiyyətlərini cəmləşdirən Vamiq müəllimin müşayiəti ilə 1989-cu ildə xalq artisti Canəli Əkbərovun ifasında səslənən vala yazılmış “Orta Mahur”, Dügah” və “Kürd-şahnaz” muğam dəsgəhlarını göstərmək olar.

Vamiq Məmmədəliyevin istər solo ilə, istərsə də xanəndələrin müşayiəti zamanı tarın çalğı xüsusiyyətlərində bir klassik muğam ifaçılıq sənətimizə xas olan milli musiqimizin aydınlıqla səslənməsini və onu yad təsirlərdən məharətlə qorunmsını görürük.

Onun özünəməxsus ifa tərzi və mizrab işlənməyi stalığı ilə tarda səsləndiridilləri ənənəvi improvizasiyalarda Azərbaycan Muğamı üçün səciyyəvi olan milli ruhumuzun incəlikləri və duyğuları əks etdirilir.

Sözsüz ki, tar ifaçılıq sənətinə olan sonsuz məhəbbət Vamiq müəllimə, onun yaradıcılıq fəaliyyətini daim dəstəkləyən ailəsindən və Azərbaycan məfkürəsindən gəlir.

Bu keyfiyyətlərə isə nəfəs verən, onları qidalandıran və yaşadan, bizi millət olaraq hazırki ictimai münasibətlərinin qloballaşdırılması şəraitində bizə yad kosmopolit təsirlərdən qoruyan qədimdəm qədim müdrik, fəlsəfə döşüncülərini özündə ehtiva edən və bununla da digər musiqi janlarından köklü seçilən Azərbaycan Muğamımızdır.

Verdiyi müsahibələrin birində Vamiq Məmmədəliyev tarzənin müğama yiyələnməsinə dair tələb olunan biliklərin əldə edilməsi üçün yanaşmanı belə əsaslandırmışdır: “…tarzən muğamı xanəndədən ən azı üç dəfə yaxşı bilməsə, o xanəndəni müşayiət edə bilməz”.

Tar ifaçılıq sənətinin təbliği və təkmilləşməsində göstərdiyi xidmətlərə görə Vamiq Məhəmməd oğlu Məmmədəliyev 2018-ci ilin may ayında dövlətimiz tərəfindən Azərbaycan Xalq Artisti fəxri adı ilə təltif edilmişdir.

Elxan Cəfərov

7 sentyabr 2018-ci ildə «Вышка» qəzetində dərc olunub

Scroll to Top